OBA Plus mobil Tətbiq servisindən istifadə şərtləri
1. Təriflər
OBA Market – "OBA Market" MMC-dir (VÖEN: 2903885001, Hüquqi ünvanı: AZ 5001, Sumqayıt ş., 9 mkr, 25C. Faktiki ünvanı: Bakı ş., Yasamal ray., Hüseyn Cavid pr., 202 D bloku)
Servis – OBA Market mallar haqqında məlumat aqreqatoruna keçid təqdim edən OBA Plus mobil tətbiqidir. OBA Market Mallar haqqında məlumat aqreqatoru potensial alıcılar (istehlakçılar) üçün nəzərdə tutulan mallar haqqında məlumatların olduğu informasiya-sorğu sistemindən ibarətdir.
Müştəri (istifadəçi) – OBA Plus mobil tətbiqində yerləşdirilmiş "OBA Market" servisindən istifadə şərtləri" (bundan sonra Şərtlər) sənədinin şərtlərinə uyğun Servisdən istifadə edən, 18 yaşına çatmış fiziki şəxsdir.
Verifikasiya – müəyyən telefon nömrəsinin konkret fiziki şəxsə məxsus olduğunu müəyyən etməyə imkan verən prosedurdur. Bu prosedur nəticəsində Müştəriyə Unikal identifikator verilir və verifikasiya edilmiş telefon nömrəsinə bağlı olan Şəxsi kabinetə keçid təqdim edilir. Unikal identifikator (UID) – Servisdə xüsusi olaraq yaradılmış, Servis çərçivəsində hər bir UİD üzrə Müştərinin həyata keçirdiyi hərəkətlərin uçotunu aparmağa imkan verən simvollu və ya qrafik ardıcılıqdır. UİD daşıyıcısı kimi ştrix-kodlu (QR-kodlu və s.) xüsusi olaraq OBA Market tərəfindən tərtib edilmiş və Google Play-də və App Store-da yerləşdirilmiş mobil tətbiq, OBA-nın mülahizəsi ilə, digər proqram-texniki vasitələrə çıxış edə bilər.
Qeydiyyatdan keçmiş istifadəçi – OBA Plus mobil tətbiqində ünvanında yerləşdirilmiş "OBA Market" istehlakçı loyallığı koalisiya proqramında iştirak üzrə Müqavilənin rəsmi ofertasının aksepti yolu ilə və ya bu şərtlərin 11-ci Bölməsi ilə müəyyən edilmiş qaydada Servisdə qeydiyyatdan keçməklə Unikal identifikator əldə etmiş fiziki şəxsdir.
Mal (Mallar) – İstifadəçi ilə Satıcı arasında alqı-satqı mülki-hüquqi münasibətlərinin (sövdələşmənin) predmeti olan mallardır.
Şərtlərdə Şərtlərin 1-ci bölməsində müəyyən edilməyən terminlərdən də istifadə oluna bilər. Bu halda, bu cür terminin izahı Şərtlərin mətninə uyğun olaraq həyata keçirilir. Şərtlərin mətnində terminin birmənalı izahı olmadığı halda, terminin aşağıdakı qaydada müəyyən edilmiş izahını rəhbər tutmaq lazımdır: ilk növbədə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş izahı, ikinci növbədə – Servisdə müəyyən edilmiş izahı, daha sonra isə – İnternet şəbəkəsində formalaşmış (ümumi istifadədə olan) izahı.
2. Ümumi müddəalar
2.1. OBA Market-in təklif etdiyi Servisdən istifadə edərək, İstifadəçi bu şərtlərlə razılaşır, habelə OBA Plus tətbiqində yerləşdirilmiş Şəxsi məlumatlar haqqında siyasətin (Məxfilik siyasətinin) şərtlərini qəbul edir.
2.2. Servis İstifadəçiyə Mallar haqqında məlumatların pulsuz axtarılması, mal təkliflərinin alınması (o cümlədən axtarış nəticələri üzrə) imkanını, habelə İstifadəçi üçün açıq-aydın mümkün olan digər funksional imkanları təqdim edir.
2.3. İstifadəçinin Servisdən istifadə etməsi zamanı İstifadəçinin şəxsi məlumatları Şəxsi məlumatlar haqqında Siyasətdə (Məxfilik siyasətində) müəyyən edilmiş şərtlərə uyğun məqsədlər üçün VƏ habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlənməsi üçün OBA Market -ə ötürülür.
2.4. Servisdə İstifadəçilər üçün, Malların potensial alıcıları/istehlakçıları üçün nəzərdə tutulan mallar/xidmətlər haqqında məlumatların olduğu informasiya-sorğu sistemini təşkil edən verilənlər bazası əlçatandır. Mallar haqqında Servisdə təqdim olunan məlumatlar OBA Market tərəfindən təqdim olunan məlumatlara əsaslanır. Servisdə yerləşdirilən məlumatlara spirtli içkilər və tütün məmulatları barədə məlumatlar da daxildir. Bu səbəbdən Servisə, o cümlədən qeydiyyat tələb etməyən bölmələrinə giriş yalnız İstifadəçi Tətbiqə ilk daxil olarkən yaş təsdiqi ekranında 18 yaşına çatdığını təsdiq etdikdən sonra mümkündür. Spirtli içkilərin və tütün məmulatlarının OBA Market mağazalarında satışı qanunvericiliyə uyğun olaraq yalnız 18 yaşına çatmış şəxslərə həyata keçirilir.
2.5. OBA Market istənilən zaman, İstifadəçiyə bildiriş göndərmədən, bu şərtlərin mətnində dəyişiklik edə bilər. Bu cür dəyişikliklər nəşr olunduğu andan etibarən qüvvəyə minir. Bu Şərtlərin aktual (hazırkı anda qüvvədə olan) mətni OBA Plus tətbiqində yerləşdirilib. Bu cür dəyişikliklər edildiyi halda, OBA Market İstifadəçiyə dəyişikliklər barədə xəbər verməli və Şərtlərin mətni ilə tanış olmaq imkanı verməlidir.
3. Qiymət verilməsi və rəy yazılması qaydaları
3.1. Yalnız Qeydiyyatdan keçmiş istifadəçi, öz hesabından istifadə edərək, Servisdən istifadə zamanı Servisdə yerləşdirilmiş Mallar barədə rəy yaza, habelə İstifadəçilərin paylaşdığı rəyə şərh bildirə, Malları qiymətləndirə bilər.
3.2. Qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən yazılmış rəylər, o cümlədən Malın qrafik şəkilləri əlavə edilməklə yazılanlar, şərhlər və qiymətləndirmələr, habelə Malların seçimləri vəl və ya icmalları, o cümlədən, üçüncü şəxslərin saytlarında paylaşıla bilər, yəni, tanışlıq üçün digər İstifadəçilər tərəfindən onlara əl çatan olacaq.
3.3. Rəy yazarkən, Qeydiyyatdan keçmiş istifadəçi "mənim adımdan rəy paylaş" bəndini seçdiyi halda, Qeydiyyatdan keçmiş istifadəçinin rəyi ilə birlikdə, onun Servisdəki hesabında qeyd etdiyi soyadı və adı paylaşıla bilər. Bu zaman, Qeydiyyatdan keçmiş istifadəçinin sosial şəbəkədəki profili onun Servisdəki hesabına bağlıdırsa, Qeydiyyatdan keçmiş istifadəçinin rəyi ilə birlikdə, onun profil səhifəsindəki şəkili (avatar) və Qeydiyyatdan keçmiş istifadəçinin sosial şəbəkələrdəki profillərinin linkləri paylaşıla bilər.
3.4. İstifadəçi razılaşır ki, onun Servisdə yerləşdirdiyi ismarışları VƏ materialları OBA Market tərəfindən, o cümlədən, OBA Market-in digər servis və tətbiqlərində, İnternet şəbəkəsində OBA Marketi-in resurslarında yerləşdirilən reklam və ya marketinq materiallarında, həm ismarışın və materialın müəllifinin qeyd edilməsi ilə (bu zaman müəllifin adı olaraq İstifadəçinin qeydiyyat zamanı VƏ ya Servisin müvafiq bölməsində tənzimləmələrdə qeyd etdiyi adı (girişi, təxəllüsü) qeyd olunacaq), həm də bu olmadan, digər istifadəçilərin diqqətinin ümumilikdə Servisə və ya OBA Market-in digər tətbiq və servislərinə, üçüncü şəxslərin mallarına, işlərinə və xidmətlərinə cəlb edilməsi üçün, bu cür ismarışların və materialların istifadə edilməsi barədə hesabat vermək öhdəliyi olmadan, İstifadəçinin xüsusi icazəsinin alınması zərurəti olmadan və müəlliflik ödənişi edilmədən, bütün dünya ərazisində VƏ müddət məhdudiyyəti olmadan, OBA Market-in bu cür ismarış və materialların istifadə edilməsi üzrə qeyd olunan hüquqlarını üçüncü şəxslərə təqdim etmək hüququna malik olması ilə istifadə edilə bilər. Bu zaman İstifadəçi qəbul edir və razılaşır ki, OBA Market bu cür ismarış və materiallara baxmağa borclu deyil, onların qeyd olunan üsullarla qeyd olunan məqsədlər üçün istifadə edilməsi isə avtomatik olaraq, proqram vasitələrinin köməyi ilə həyata keçirilə bilər. İstifadəçi bu cür üsulla hər hansı ismarışın və ya materialın istifadə edilməsi üzrə hüququ təqdim etmək hüququnda olmadığı halda, o, bu cür ismarış və ya materialın yerləşdirilməsindən çəkinməyə borcludur.
3.5. İstifadəçi razılaşır ki, onun yazdığı rəylər, qrafiki şəkillər, şərhlər və qoyduğu qiymətlər OBA Market tərəfindən Servis çərçivəsində, İstifadəçinin əlavə razılığı olmadan, üçüncü şəxslərin saytlarında paylaşıla və istifadə edilə, habelə üçüncü şəxslər tərəfindən paylaşılması üçün təqdim edilə bilər. Bu zaman rəylər və onlara əlavə edilmiş şəkillər, şərhlər "olduğu kimi", müəllifin qrammatikasının və punktuasiyasının qorunub saxlanması ilə, İstifadəçinin qeydiyyat zamanı istifadə etdiyi giriş altında paylaşılır və istifadə edilir. İstifadəçi yazdığı rəylərdəki məlumatların səhihliyinə görə məsuliyyət daşıyır.
3.6. OBA Market sərbəst şəkildə və İstifadəçiyə bildiriş göndərmədən paylaşım üçün rəyləri seçmək, o cümlədən, aşağıdakıları etmək hüququna malikdir:
- məzmunu mağaza işinin mövzusuna, orada alqı-satqının həyata keçirilməsinə aid edilməyən rəyləri və qrafik şəkilləri, şərhləri paylaşmamaq;
- məzmunu bu malın istifadə edilməsi üzrə real təcrübəyə aid edilməyən rəyləri və qrafik şəkilləri, şərhləri paylaşmamaq;
- məzmununda digər istifadəçilər üçün faydalı məlumat olmayan rəyləri və qrafik şəkilləri, şərhləri paylaşmamaq;
- qeyri-normativ leksikanı, təhqiredici xarakterli ifadələri özündə əks etdirən rəyləri, şərhləri paylaşmamaq;
- məzmununda:
a) seçimin və/ və ya icmalın mətnində digər veb saytlarına istinadların olduğu, habelə konkret satıcıların və/ VƏ ya mal idxalçılarının adlarının çəkildiyi,
b) üçüncü şəxslərin (o cümlədən, mağazaların, istehsalçıların və/ və ya mal idxalçılarının) şərəfini, ləyaqətini və/ və ya işgüzar nüfuzunu ləkələyən iddiaların olduğu,
c) üçüncü şəxslərin hüquqlarını, o cümlədən, əqli mülkiyyət nəticələri üzrə hüquqlarını pozan materialların (o cümlədən, mətn, video, qrafik şəkillər, kod şəklində) olduğu mal seçimlərini və/və ya icmallarını paylaşmamaq;
- digər veb-saytlara istinadların olduğu rəyləri, şərhləri paylaşmamaq;
- paylaşılmış rəyi, qrafik şəkli, mal seçimini və/və ya icmalını istənilən zaman silmək;
- rəylərin aktual hesab olunduğu və onların Servis çərçivəsində paylaşıldığı müddəti sərbəst şəkildə müəyyən etmək.
OBA Market İstifadəçiyə paylaşımın rədd edilməsi və/və ya əvvəllər paylaşılmış rəylərin, qrafik şəkillərin, şərhlərin, qiymətləndirmələrin, mal seçimlərinin və/və ya icmallarının silinməsi səbəbi barədə xəbər vermək üzrə öhdəliyi üzərinə götürmür.
3.7. İstifadəçi Servisin öz rəylərinə mağazalardan cavabların alınması barədə toplu ismarışları almağa razılaşır.
3.8. Servisdən istifadə etməklə, İstifadəçi, Azərbaycan Respublikasının "Reklam haqqında" qanununun 23.1-ci maddəsinə əsasən, reklam xarakterli ismarışların alınmasına öz razılığını verir. İstifadəçi reklam xarakterli ismarışların alınmasından imtina etmək hüququna malikdir.
4. Servisdə istifadəçinin qeydiyyatı qaydası
4.1. Servisdə qeydiyyat və/və ya Sifarişin rəsmiləşdirilməsi üçün İstifadəçiyə telefon nömrəsi ilə aşağıdakı verifikasiya prosedurundan keçmək zəruridir:
- telefon nömrəsini və doğum tarixini xüsusi bölməyə daxil etmək, 18 yaşına çatdığını təsdiq etmək, daha sonra “kodu göndər” düyməsinə basmaq;
- telefonun sahibinə SMS ismarışlar və/və ya push bildirişlər və/və ya smartfonlar üçün tətbiqlər və/və ya smartfonlar üçün messencerlər vasitəsilə və/və ya başqa üsulla İstifadəçinin qeyd etdiyi telefon nömrəsinə fərdi kod göndərilir;
- göndərilmiş və daxil edilmiş kod eyni olduğu zaman verifikasiya uğurla tamamlanmış hesab olunur, telefon nömrəsinin məlumatları Hesabda Müştəri haqqında məlumatlarda (“Məlumatlarınız” - “Ad və soyad”) olan konkret fiziki şəxsə məxsus olduğu müəyyən edilir.
Daxil edilmiş doğum tarixi İstifadəçinin 18 yaşına çatmadığını göstərdikdə qeydiyyat tamamlanmır.
4.2. Verifikasiya nəticəsində, İstifadəçi Unikal identifikator əldə edir və Servisin Qeydiyyatdan keçmiş istifadəçisi olur.
4.3. Müştəri giriş və şifrəni, telefon nömrəsini və fərdi kodları üçüncü şəxslərə bildirməməyi öhdəsinə götürür. İstifadəçidə qeyd olunan məlumatların təhlükəsizliyi, onların üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı şübhələr yarandığı halda, dərhal bu barədə Servisi məlumatlandırmağı öhdəsinə götürür.
4.4. Telefon nömrəsinin verifikasiyası üçün göndərilən birdəfəlik kod İstifadəçinin qeyd olunan İstifadəçi telefon nömrəsinin mənsubiyyətini və onun bu şərtlərlə razılığını təsdiq edir.
5. Digər şərtlər
5.1. İstifadəçi təsdiq edir ki, 18 (on səkkiz) yaşına çatıb və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam fəaliyyət qabiliyyətinə malikdir. Servisdə spirtli içkilər və tütün məmulatları barədə məlumatlar yerləşdirildiyinə görə 18 yaşına çatmamış şəxslərin Servisdən istifadə etməsinə və qeydiyyatdan keçməsinə yol verilmir. OBA Market İstifadəçidən yaşının əlavə təsdiqini tələb etmək, İstifadəçinin 18 yaşına çatmadığını müəyyən etdiyi halda isə onun hesabını məhdudlaşdırmaq və ya deaktiv etmək hüququna malikdir.
5.2. OBA Market İstifadəçinin OBA Plus tətbiqində paylaşılmış Servisdən istifadə şərtlərini pozduğunu aşkar etdiyi halda, OBA Market İstifadəçinin Servisdə rəsmiləşdirdiyi sifarişləri imtina etmək hüququnu özündə saxlayır. Bu zaman OBA Market İstifadəçinin hərəkətlərinin qeyri-dürüst və/ və ya bu Qaydaları pozan hərəkət kimi qəbul edilməsi üçün üsul və əsasları sərbəst şəkildə müəyyən edir və qeyd olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq hüququna malikdir.
5.3. OBA Market aşağıdakılara görə məsuliyyət daşımır:
5.3.1. Servisin fəaliyyətində müvəqqəti problemlərə və fasilələrə və onların səbəb olduğu məlumat itkilərinə, habelə, məlumatların qorunub saxlanmasına, onun verilməsinin VƏ çatdırılmasının düzgünlüyünə VƏ vaxtında verilməsinə VƏ çatdırılmasına görə (şəxsi məlumatlarla bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla).
5.3.2. Servisin fəaliyyətinin etibarlığına, keyfiyyətinə və sürətinə və İstifadəçinin yaratdığı, istifadə etdiyi və aldığı məlumatların qorunub saxlanmasına görə (şəxsi məlumatlarla bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla).
6. İstifadəçi hesabının deaktiv olunması
6.1. 6 ay ərzində istifadə olunmayan kartlar OBA Market tərəfindən passiv hesab edilir və balanslarındakı bonus (keşbək) silinməklə hesab deaktiv olunur.
6.2. İstifadəçi istənilən vaxt hesabını öz təşəbbüsü ilə silmək hüququna malikdir. Bunun üçün Tətbiqdə nəzərdə tutulmuş "Hesabı sil" funksiyasından istifadə edilməlidir. Hesab silindikdən sonra Şəxsi məlumatların saxlanılması və silinməsi ilə bağlı qaydalar Məxfilik Siyasətində və bu Şərtlərin 8 və 11-ci bölmələrində göstərilən müddəalara uyğun tətbiq olunur.
7. Tətbiqdaxili oyun – "Sürətli Səbətlər"
7.1. Oyun haqqında ümumi məlumat
"Sürətli Səbətlər" OBA Plus tətbiqində yerləşən əyləncə xarakterli loyallıq oyunudur. Oyun yalnız qeydiyyatdan keçmiş və Tətbiqə giriş etmiş İstifadəçilər üçün əlçatandır.
7.2. Oyunun mexanikası və qaydaları
7.2.1. Oyun prosesində İstifadəçi ekranda hərəkət edən səbəti idarə edir və yuxarıdan düşən məhsulları tutmaqla xal toplayır.
7.2.2. Düzgün məhsulları tutmaq xalların artmasına səbəb olur, xüsusi olaraq qeyd olunmuş elementləri (məsələn, bomba) tutmaqdan çəkinmək lazımdır.
7.2.3. Hər oyun sessiyasının müddəti və texniki parametrləri (sürət, mərhələlər və s.) OBA Market tərəfindən müəyyən edilir və Tətbiq daxilində ayrıca göstərilə bilər.
7.2.4. Gündəlik maksimum oyun sayı və ya digər limitlər (əgər tətbiq olunursa) Tətbiqdə və/və ya kampaniya şərtlərində ayrıca elan oluna bilər.
7.3. Xalların hesablanması və uçotu
7.3.1. Oyun zamanı toplanmış xallar İstifadəçinin hesabında qeydə alınır və texniki göstərici kimi saxlanılır.
7.3.2. Toplanmış xallar əsasında gündəlik və aylıq lider cədvəlləri formalaşdırıla bilər.
7.3.3. Müvafiq olaraq, müəyyən edilmiş qaydalara uyğun halda xallar bonus bonusuna çevrilə bilər. Bonusə çevrilmə şərtləri və nisbətləri OBA Market tərəfindən müəyyən edilir və Tətbiqdə və/və ya kampaniya şərtlərində ayrıca göstərilir.
7.3.4. Xalların bonusə çevrilməsi avtomatik və ya kampaniya çərçivəsində elan olunmuş qaydada həyata keçirilə bilər.
7.4. Lider cədvəlləri
7.4.1. Gündəlik lider cədvəlləri müvafiq gün üçün toplanmış xallara əsasən formalaşdırılır və OBA Market-in mülahizəsinə əsasən müəyyən edilən vaxtda sıfırlana bilər.
7.4.2. Aylıq lider cədvəlləri müvafiq ay üzrə toplanmış xallar əsasında formalaşdırılır və hər yeni ayın başlanğıcında sıfırlana bilər.
7.4.3. Lider cədvəllərində yalnız qeydiyyatdan keçmiş istifadəçilər görünür.
7.4.4. İstifadəçinin adı (və ya təxəllüsü) və topladığı xallar lider cədvəllərində digər istifadəçilər üçün açıq şəkildə əks oluna bilər.
7.5. Mükafatlandırma
7.5.1. OBA Market müəyyən etdiyi qaydalara uyğun olaraq lider cədvəllərində ən yüksək nəticə göstərən İstifadəçiləri mükafatlandıra bilər.
7.5.2. Mükafatlar, bir qayda olaraq, OBA Plus hesabındakı bonus balansına əlavə olunan və malların alınmasında istifadə oluna bilən qeyri-nağd bonus formasında təqdim edilir.
7.5.3. Bonuslar nağdlaşdırıla, bank hesabına köçürülə və ya üçüncü şəxslərə verilsə belə hüquqi olaraq üçüncü şəxsə ötürülmüş hesab edilmir; bonuslardan yalnız Tətbiqdə qeydiyyatda olan hesab sahibi istifadə edə bilər.
7.5.4. Mükafatların hesablanma və hesablanma müddətləri, o cümlədən, xüsusi kampaniya mükafatları (əgər tətbiq olunursa), ayrıca elan olunan oyun/kampaniya qaydalarında göstərilə bilər.
7.6. Qadağan olunan hərəkətlər
İstifadəçinin aşağıdakı hərəkətləri qadağandır:
7.6.1. Bot, makro və ya avtomatlaşdırılmış proqram vasitələrindən istifadə etməklə oyunda iştirak etmək;
7.6.2. Oyun mexanikasına və ya texniki infrastrukturuna kənar müdaxilə etmək;
7.6.3. Tətbiqin modifikasiya edilmiş, sındırılmış və ya icazəsiz dəyişdirilmiş versiyalarından istifadə etmək;
7.6.4. Bir fiziki şəxsin bir neçə hesab vasitəsilə oyunda manipulyativ şəkildə iştirak etməsi;
7.6.5. Xalların və nəticələrin saxtalaşdırılması, texniki boşluqlardan sui-istifadə edilməsi;
7.6.6. Oyunla bağlı digər istifadəçilərin hüquqlarını pozan istənilən hərəkət.
7.7. Qayda pozuntuları üçün sanksiyalar
7.7.1. Qadağan olunan hərəkətlər aşkar edildikdə OBA Market aşağıdakı tədbirləri görmək hüququna malikdir:
- İstifadəçinin oyun xallarını ləğv etmək;
- İstifadəçini gündəlik və aylıq lider cədvəllərindən çıxarmaq;
- Qazanılmış bonus və digər mükafatları ləğv etmək;
- İstifadəçinin hesabına müvəqqəti və ya tam məhdudiyyət tətbiq etmək və/və ya hesabı bloklamaq.
7.7.2. OBA Market bu qərarların qəbul edilməsi üçün əsasları müstəqil şəkildə müəyyən edir və sanksiyaların tətbiqi səbəblərini üçüncü şəxslərə açıqlamamaq hüququna malikdir.
7.8. Oyunun dayandırılması və ya dəyişdirilməsi
7.8.1. OBA Market "Sürətli Səbətlər" oyununu istənilən vaxt dayandırmaq, qaydalarını, müddətini, xalların hesablanma sistemini və mükafatlandırma mexanizmini dəyişdirmək hüququnu özündə saxlayır.
7.8.2. OBA Market Oyunda edilən əhəmiyyətli dəyişikliklər barədə istifadəçilərə Tətbiqdə bildiriş və/və ya digər kommunikasiya kanalları vasitəsilə məlumat vermək öhdəliyini öz üzərinə götürür.
7.8.3. Oyunun dayandırılması və ya qaydaların dəyişdirilməsi, əvvəlcədən qazanılmış bonusların ləğvinə səbəb olmur, istisna hallarda bu barədə ayrıca şərtlər elan edilə bilər.
8. Bonus transferi (bonusların digər istifadəçilərə köçürülməsi)
8.1. Ümumi müddəalar
8.1.1. İstifadəçilər Tətbiqdə nəzərdə tutulmuş funksionallıqdan istifadə etməklə, öz bonus balanslarının bir hissəsini digər OBA Plus istifadəçilərinə köçürə bilərlər.
8.1.2. Bonus transferi yalnız Servisdə qeydiyyatdan keçmiş və aktiv hesabı olan İstifadəçilər arasında mümkündür.
8.1.3. Köçürülən və qəbul edilən bonus vəsaiti nağd pul deyil, yalnız OBA Market şəbəkəsində malların alınmasında istifadə oluna bilən mağaza krediti (bonus balansı) hesab olunur.
8.2. Transferin şərtləri və məhdudiyyətlər
8.2.1. Bonus yalnız OBA Plus hesabının bonus balansından köçürülə bilər; İstifadəçinin nağd vəsaiti, bank kartındakı vəsait və ya digər ödəniş vasitələri bu mexanizm vasitəsilə köçürülmür.
8.2.2. Bonus transferi yalnız OBA Plus hesabına bağlı olan mobil nömrəsi təsdiqlənmiş (verifikasiya olunmuş) İstifadəçilər arasında həyata keçirilə bilər.
8.2.3. Bonus transferi nəticəsində göndərən İstifadəçinin bonus balansı müvafiq məbləğdə azalır, alan İstifadəçinin bonus balansı isə eyni məbləğdə artır.
8.2.4. Köçürülmüş bonus nağdlaşdırıla, bank hesabına köçürülə və ya hər hansı üçüncü tərəfə ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
8.2.5. Bonus transferinə dair minimal və maksimal məbləğ limiti, həmçinin gündəlik/aylıq ümumi transfer həcmi OBA Market tərəfindən müəyyən edilir və Tətbiqdə ayrıca göstərilə bilər.
8.3. Əlaqə və kontakt məlumatlarına müraciət
8.3.1. Bonus transferi zamanı alıcı tərəfi seçmə prosesini asanlaşdırmaq üçün Tətbiq İstifadəçinin cihazındakı kontakt siyahısına (телефон kitabçasına) lokal olaraq müraciət edə bilər.
8.3.2. Kontaktlara giriş yalnız İstifadəçi Tətbiqdə “Transfer” funksiyasını aktivləşdirdiyi, müvafiq icazəni verdiyi və alıcı seçimi ekranına keçdiyi halda həyata keçirilir.
8.3.3. Kontakt siyahısına çıxış zamanı kontaktların tam siyahısı OBA Market-in serverlərinə ötürülmür, üçüncü şəxslərlə paylaşılmır və marketinq məqsədləri üçün istifadə edilmir.
8.3.4. İstifadəçi, istədiyi halda, alıcının telefon nömrəsini kontaktlara giriş vermədən, əl ilə daxil etməklə də bonus transferini həyata keçirə bilər.
8.3.5. İstifadəçi cihazının və Tətbiqin tənzimləmələrindən istifadə etməklə kontaktlara çıxış icazəsini istənilən vaxt məhdudlaşdıra və ya ləğv edə bilər.
8.4. Təhlükəsizlik və monitorinq
8.4.1. Bütün bonus transfer əməliyyatları Servisin texniki sistemlərində uçota alınır və qeydə alınır.
8.4.2. OBA Market saxtakarlıq, sui-istifadə və ya şübhəli əməliyyat əlamətləri aşkar edildiyi halda, konkret transfer əməliyyatını müvəqqəti bloklamaq, gecikdirmək və ya ləğv etmək, həmçinin İstifadəçinin hesabına məhdudiyyət tətbiq etmək hüququnu özündə saxlayır.
8.4.3. OBA Market təhlükəsizlik məqsədilə müəyyən dövrlər üçün gündəlik, həftəlik və ya aylıq maksimal transfer limitləri təyin edə bilər; bu limitlər Tətbiqdə və/və ya aidiyyəti kommunikasiyalarda göstərilə bilər.
8.5. Transferin ləğvi və mübahisəli hallar
8.5.1. İstifadəçi tərəfindən könüllü aparılan bonus transferi, adətən, geri qaytarılmır və ləğv edilmir.
8.5.2. Yalnız aşağıdakı hallarda OBA Market transfer edilmiş bonus məbləğinin ləğv olunması və əvvəlki vəziyyətə qaytarılması barədə qərar qəbul edə bilər:
a) texniki nasazlıq və ya sistem xətası nəticəsində yanlış məbləğin köçürülməsi aşkar edildikdə;
b) saxtakarlıq, üçüncü şəxsin hesabına qanunsuz müdaxilə və ya digər hüquq pozuntusu faktı müəyyən olunduqda;
c) müvafiq dövlət orqanlarının qanuni tələbi əsasında.
8.5.3. Bonus transferi ilə bağlı şikayətlər İstifadəçi tərəfindən Tətbiqdə nəzərdə tutulmuş geribildirim kanalları və ya info@oba.az elektron poçt ünvanı vasitəsilə OBA Market-ə göndərilə bilər.
9. Barkod skaneri və qiymət yoxlama funksiyası
9.1. Barkod skaneri funksiyası
9.1.1. Tətbiq İstifadəçiyə mağazada və ya digər mühitdə məhsulun barkodunu (ştrix-kodunu və/və ya QR-kodunu) skan etməklə həmin məhsul barədə məlumat əldə etmək və qiymətini yoxlamaq imkanı təqdim edə bilər.
9.1.2. Barkod skaneri funksiyası yalnız İstifadəçi tərəfindən könüllü şəkildə işə salındıqda və müvafiq icazələr verildikdə aktiv olur.
9.1.3. Barkod skaneri vasitəsilə əldə olunan məlumatlar Tətbiqin və OBA Market-in məlumat bazasında mövcud olan məhsul məlumatları ilə müqayisə edilir və nəticə İstifadəçiyə ekranda göstərilir.
9.2. Kamera istifadəsi (barkod üçün)
9.2.1. Barkod skaneri funksiyasının işləməsi üçün Tətbiqin cihazın kamerasına çıxışa ehtiyacı var; bu çıxış yalnız real vaxt rejimində görüntünün oxunması məqsədi ilə təmin edilir.
9.2.2. Barkod skan edilməsi zamanı çəkilən görüntülər Tətbiq və ya OBA Market tərəfindən foto və ya video fayl kimi saxlanılmır, yalnız barkod məlumatı (rəqəm və/və ya simvol ardıcıllığı) oxunaraq emal edilir.
9.2.3. İstifadəçi istənilən vaxt cihaz tənzimləmələrindən və ya Tətbiq daxilindəki parametrlərdən istifadə etməklə kameraya çıxış icazəsini məhdudlaşdıra və ya ləğv edə bilər; bu halda barkod skaneri funksiyasından istifadə mümkün olmayacaq.
9.3. Məlumatların dəqiqliyi və məsuliyyət məhdudiyyəti
9.3.1. Barkod skaneri vasitəsilə göstərilən məhsul qiymətləri və digər məlumatlar informativ xarakter daşıyır və Tətbiqdə göstərilən məlumatla mağazadakı faktiki qiymətlər arasında fərq yarana bilər.
9.3.2. Malların alqı-satqısı üzrə hüquqi cəhətdən məcburi hesab olunan yekun qiymət yalnız kassada formalaşan qəbzdə göstərilən qiymətdir.
9.3.3. OBA Market Tətbiqdə və barkod skaneri vasitəsilə göstərilən qiymətlərlə mağazada faktiki tətbiq olunan qiymətlər arasındakı fərqlərə görə, habelə texniki nasazlıq, məlumatın gecikməsi və ya yenilənməməsi səbəbindən yaranan ziyan və ya itkilərə görə məsuliyyət daşımır (istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla).
10. Kamera və foto kitabxanasına giriş
10.1. Kameradan istifadə məqsədləri
10.1.1. Tətbiq aşağıdakı hallarda cihazın kamerasına çıxış hüququ tələb edə bilər:
a) İstifadəçinin profil şəklinin (avatarının) çəkilməsi və Tətbiqə yüklənməsi üçün;
b) Alış qəbzlərinin keşbek və ya digər loyallıq məqsədləri ilə skan edilməsi üçün (əgər belə funksionallıq mövcuddursa);
c) Məhsul barkodlarının skan edilməsi və qiymət yoxlanılması üçün (Bu Şərtlərin 9-cu bölməsinə uyğun olaraq).
10.1.2. Kamera icazəsi yalnız İstifadəçi tərəfindən Tətbiqdə müvafiq funksiyanı işə saldıqda və cihazda kamera icazəsini verdikdə aktiv olur.
10.2. Foto və görüntülərin saxlanması
10.2.1. İstifadəçi tərəfindən profil şəklinin çəkilməsi və ya seçilməsi halında həmin görüntü Tətbiqdə İstifadəçinin hesabı ilə əlaqələndirilmiş şəkildə saxlanıla bilər və bu zaman görüntünün saxlanma müddəti və emalı qaydaları Məxfilik Siyasətində göstərilən müddəalara uyğun həyata keçirilir.
10.2.2. Alış qəbzlərinin skan edilməsi funksiyası mövcud olduğu halda, qəbz görüntülərinin saxlanma müddəti, məqsədləri və silinmə qaydaları Məxfilik Siyasətində və/və ya müvafiq kampaniya qaydalarında ayrıca müəyyən oluna bilər.
10.2.3. Barkod skan edilməsi zamanı kamera yalnız real vaxt rejimində görüntünü oxumaq üçün istifadə edilir, görüntü faylı Tətbiq və ya OBA Market tərəfindən saxlanılmır; yalnız barkod məlumatı emal edilir (Bu Şərtlərin 9.2-ci bəndinə uyğun olaraq).
10.3. İstifadəçinin nəzarəti və icazələrin idarə edilməsi
10.3.1. İstifadəçi cihazın əməliyyat sistemi vasitəsilə Tətbiq üçün kamera və foto kitabxanasına çıxış icazələrini istənilən vaxt məhdudlaşdıra və ya ləğv edə bilər.
10.3.2. İstifadəçi profil şəklini Tətbiqdəki müvafiq parametrlərdən istifadə etməklə dəyişə və ya silə bilər; bu halda müvafiq görüntü faylı Məxfilik Siyasətinə uyğun olaraq emal edilir və silinir.
10.3.3. Kamera və foto kitabxanasına çıxış icazəsinin ləğvi Tətbiqin müəyyən funksiyalarının (profil şəklinin yenilənməsi, qəbz skanı, barkod skanı və s.) məhdudlaşdırılmasına və ya mümkün olmamasına səbəb ola bilər; İstifadəçi bu məhdudiyyətləri qəbul etməklə Tətbiqdən istifadə edir.
11. Lokasiya və xəritə xidmətləri
11.1. Lokasiya məlumatlarının istifadəsi
11.1.1. Tətbiq İstifadəçiyə ən yaxın OBA Market mağazalarını göstərmək, mağazaların xəritə üzərində yerləşməsini vizuallaşdırmaq və marşrut üzrə istiqamət təklif etmək məqsədləri ilə İstifadəçinin coğrafi mövqeyi (lokasiya məlumatları) haqqında informasiyaya müraciət edə bilər.
11.1.2. Lokasiya məlumatlarına çıxış yalnız İstifadəçinin cihazında müvafiq icazəni verdiyi və Tətbiqdə lokasiya əsaslı funksiyanı aktivləşdirdiyi halda təmin edilir.
11.1.3. Lokasiya məlumatları, bir qayda olaraq, real vaxt rejimində emal edilir və mağazanın məsafəsinin hesablanması, marşrutun müəyyən edilməsi kimi texniki məqsədlər üçün istifadə olunur.
11.2. Lokasiya rejimi və saxlanma qaydaları
11.2.1. Tətbiq yalnız “istifadə zamanı” (“When In Use”) rejimində lokasiya məlumatlarına çıxış tələb edir; Tətbiq arxa fonda işləmədiyi halda lokasiya məlumatlarının əldə olunması nəzərdə tutulmur.
11.2.2. Lokasiya tarixçəsi sistemdə uzunmüddətli əsasda saxlanılmır; lokasiya məlumatları, əsasən, cari sessiya çərçivəsində real vaxtda istifadə edilir və bu məlumatların daha sonra identifikasiyaedici formada saxlanılması nəzərdə tutulmur.
11.2.3. Lokasiya məlumatlarının emalı və mümkün saxlanılması Məxfilik Siyasətində göstərilən müddəalara uyğun həyata keçirilir.
11.3. Xəritə xidmətləri və üçüncü tərəf platformaları
11.3.1. Mağazaların xəritə üzərində göstərilməsi və marşrutların müəyyən edilməsi üçün Tətbiq xəritə xidmətlərindən (məsələn, Google Maps və ya digər oxşar xidmətlərdən) istifadə edə bilər.
11.3.2. Xəritə xidmətlərindən istifadə zamanı İstifadəçinin lokasiya və cihazı barədə müəyyən texniki məlumatlar müvafiq xidmət provayderinə ötürülə bilər; bu halda həmin provayderin məxfilik siyasəti və istifadə şərtləri də tətbiq oluna bilər.
11.3.3. İstifadəçi lokasiya icazəsini cihaz tənzimləmələrindən istənilən vaxt məhdudlaşdıra və ya ləğv edə bilər; bu halda Tətbiqin lokasiya əsaslı funksiyaları (ən yaxın mağazanın göstərilməsi, xəritədə yönləndirmə və s.) məhdudlaşdırıla və ya istifadə üçün əlçatmaz ola bilər.