Haqqımızda

“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

Vizyon

Hər kəsə güvən verən, alış – verişdə qənaət yaradan qonşu market olmaq.

Missiya

Əməkdaşlarımızın sevərək çalışdığı, qonşularımızın tez-tez ziyarət etdiyi və gündəlik tələbatını qarşıladığı doğma market olmaq.

Strategiyamız

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi həm ölkəmizin iqtisadi inkişafına dəstək verir, həm də minlərlə insanı iş yerləri ilə təmin edir. Bu şərəfli missiyanın hər bir əməkdaşımızın fəaliyyəti üçün böyük motivasiya yaratdığına inanırıq

Tariximiz

2016

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA MARKET” MMC 2016-cı il martın 11-də təsis edilmişdir. Həmçinin bu ildə idarə heyəti tərəfindən şirkətin ilk loqosu yaradılmışdır.

2017

2017-ci il iyunun 1-də yaradılan və ərazisi 176.9 kv.m olan “Mingəçevir 1” marketi bölgələrimizdəki ən böyük satış sahəsinə malik “OBA”dır. Həmçinin 500-cü mağazamız “Elmlər 1”də 2017-ci ilin noyabrında istifadəyə verilib.

2019

Sahəsinə görə liderlik edən ən böyük mağazamız “Masazır 5” dekabrın 7-də istifadəyə verilib. Sahəsi 292 kv.m-dir.

2020

“OBA” marketlər şəbəkəsi 2020-ci ildə loqosunu, fəlsəfəsini, cinqlını özündə birləşdirən yeni “Brandbook” Marka kimliyini təqdim edib. Həmçinin bu ildə, şirkət Veysəloğlu Şirkətlər Qrupunun “2020-ci ilin Şirkəti” mükafatına layiq görülüb.

2021

"OBA" marketlər şəbəkəsinin 2021 ci ilin fevral ayında 900-cü marketi , sentyabr ayında isə 1000-ci marketi açılmışdır. Həmçinin bu ildə şirkətin veb-saytı yenilənib və “OBA Market” mobil tətbiqi istifadəyə verilmişdir.

Rəhbərlik

Natəvan İbrahimova

İdarə Heyətinin Sədri

Photo

İdarə heyətinin üzvləri

Photo

Könül Kərimova

Maliyyə direktoru

Photo

Elnur Qardaşov

Biznesin İnkişafı direktoru

Photo

Vüqar İsmayılov

Satış Əməliyyatları Direktoru

Photo

Maqsud Orucov

İnsan Resursları direktoru