Məxfilik siyasəti

Bu Məxfilik Siyasəti (bundan sonra – Siyasət) "Oba Market" MMC (bundan sonra – Mülkiyyətçi) tərəfindən təqdim edilən, qiymətlər və endirimlər barədə məlumatların dərc edilməsi, bonusların və digər loyallıq alətlərinin idarə olunması üçün nəzərdə tutulmuş "OBA Plus" mobil tətbiqindən (bundan sonra – Tətbiq) istifadə zamanı istifadəçilər tərəfindən təqdim edilən fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsini tənzimləyir. Fərdi məlumatların emalı və mühafizəsi müvafiq qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa (bundan sonra – Qanun) uyğun həyata keçirilir.

1. RAZILIQ

İstifadəçi Tətbiqdən istifadə etməyə başlamaqla və bu istifadəni davam etdirməklə bu Siyasətdə göstərilən zəruri məlumatların Qanunun 9.6.1-ci maddəsinin tələblərinə uyğun olaraq öz razılığı əsasında təqdim edildiyini bəyan edir. Mülkiyyətçi təqdim edilən məlumatların mühafizəsinin əhəmiyyətini qəbul edir və bu məlumatların Qanunun 11.1-ci maddəsinə uyğun olaraq yalnız Tətbiqin məqsəd və üsullarına uyğun emal ediləcəyinə təminat verir.

1.2. YAŞ MƏHDUDİYYƏTİ VƏ VALİDEYN RAZILIĞI

Minimum yaş tələbi:

1.2. YAŞ MƏHDUDİYYƏTİ

Minimum yaş tələbi:

Tətbiqdə spirtli içkilər və tütün məmulatları barədə məlumatlar yerləşdirildiyinə görə Tətbiqin məzmunu 18+ yaş kateqoriyasına uyğundur və Tətbiq yalnız 18 yaşına çatmış şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulub.

18 yaşdan kiçik şəxslər üçün:

18 yaşına çatmamış şəxslər Tətbiqdə hesab yarada, fərdi məlumatlarını təqdim edə və Tətbiqdən, o cümlədən aşağıdakı funksiyalardan istifadə edə bilməzlər:

a) hesab yaradılması;

b) ad, soyad, mobil nömrə, e-poçt ünvanı, FİN kodu kimi fərdi məlumatların təqdim edilməsi;

c) “Sürətli Səbətlər” və digər tətbiqdaxili oyunlarda iştirak;

ç) marketinq xarakterli bildirişlərin və kampaniya məlumatlarının alınması;

d) profil şəklinin yüklənməsi;

e) lokasiya əsaslı funksiyalardan istifadə.

Valideynin və ya qanuni nümayəndənin razılığı bu məhdudiyyəti aradan qaldırmır.

Yaşın təsdiqlənməsi:

İstifadəçi Tətbiqə ilk daxil olarkən yaş təsdiqi ekranında, habelə qeydiyyat zamanı doğum tarixini daxil etməklə 18 yaşına çatdığını təsdiq edir. Mülkiyyətçi zəruri hallarda istifadəçinin yaşının əlavə təsdiqini tələb etmək hüququnu özündə saxlayır.

Yaş tələbinin pozulması:

Əgər Mülkiyyətçi xəbərdar edilərsə və ya özü müəyyən edərsə ki, hesab 18 yaşına çatmamış şəxsə məxsusdur, həmin hesab deaktiv edilir və bu şəxsə aid fərdi məlumatlar, qanunvericiliklə müəyyən edilmiş məcburi saxlama müddətləri tələb olunan hallar istisna olmaqla, dərhal silinir. Belə hallar barədə crmdigit@oba.az ünvanına məlumat verilə bilər.

Yaş məhdudiyyətinə dair öhdəliklərimiz:

Biz:

  • 18 yaşına çatmamış şəxslərdən bilərəkdən fərdi məlumat toplamamağa;
  • spirtli içkilər və tütün məmulatları ilə bağlı məlumatları, o cümlədən marketinq bildirişlərini 18 yaşına çatmamış şəxslərə yönəltməməyə

öhdəlik götürürük.

2. TƏTBİQİN İSTİFADƏSİ ZAMANI TOPLANILAN VƏ İŞLƏNİLƏN MƏLUMATLAR

2.1. Tətbiqin istifadəsində toplanılan və işlənilən fərdi məlumatlar

Tətbiqdən istifadə zamanı istifadəçi tərəfindən aşağıdakı fərdi məlumatlar təqdim edilə bilər:

a) istifadəçinin adı, soyadı və atasının adı;

b) istifadəçinin istifadəsində olan mobil nömrə – istifadəçinin verifikasiyası, birdəfəlik şifrə (OTP) kodlarının göndərilməsi, xidmətlər və kampaniyalar barədə məlumatların təqdim edilməsi və digər kommunikasiya fəaliyyəti üçün istifadə olunur;

c) istifadəçinin təvəllüdü (doğum tarixi) – 18 yaş tələbinə uyğunluğun yoxlanılması və doğum günü ilə bağlı güzəştlərin təqdim edilməsi üçün istifadə olunur;

ç) istifadəçinin fərdi identifikasiya nömrəsi (FİN kodu);

d) istifadəçinin istifadəsində olan elektron poçt ünvanı.

İstifadəçinin adı, soyadı, atasının adı, mobil nömrəsi və təvəllüdü (doğum tarixi) istifadəçinin identifikasiyası, 18 yaş tələbinə uyğunluğun yoxlanılması, hesabın qorunması, birdəfəlik şifrələrin göndərilməsi, xidmət və kampaniyalar barədə məlumatların verilməsi və digər kommunikasiya fəaliyyəti üçün zəruri məlumatlar hesab olunur və Tətbiqdən istifadə üçün tələb edilir.

İstifadəçinin FİN kodu və elektron poçt ünvanı istifadəçinin əlavə verifikasiyası və digər kommunikasiya fəaliyyətləri məqsədi ilə toplanıla bilər. Bu məlumatların təqdim edilməsi məcburi deyil və istifadəçinin öz iradəsi əsasında həyata keçirilir.

2.2. Digər məlumatlar

Tətbiqin düzgün və stabil işləməsini təmin etmək üçün istifadəçinin cihazından bəzi məlumatlara çıxış tələb oluna bilər. Bu məlumatlar, bir qayda olaraq, Tətbiqin funksionallığının təmin edilməsi üçün istifadə olunur və aşağıdakılardır:

a) Geolokasiya məlumatları – istifadəçinin yaxınlığında yerləşən Mülkiyyətçiyə məxsus marketlərin xəritə üzrə göstərilməsi, “ən yaxın market” funksiyası və marşrutun qurulması məqsədi ilə istifadə olunur. Geolokasiya məlumatları yalnız istifadəçi müvafiq icazə verdikdə və, əsasən, Tətbiqdən istifadə zamanı (“istifadə zamanı” rejimində) emal edilir;

b) Cihazın kamerası vasitəsilə emal olunan məlumatlar – istifadəçinin şəxsi kabinetində profil şəklinin təyin edilməsi, alış-veriş qəbzinin skan edilməsi (keşbek və digər loyallıq mexanizmlərinin yoxlanılması üçün), habelə məhsul barkodlarının skan edilməsi yolu ilə məhsul haqqında məlumat və qiymətin yoxlanılması üçün istifadə olunur.
Məhsul barkodlarının skan edilməsi zamanı kamera yalnız real vaxt rejimində görüntünü oxumaq məqsədilə istifadə edilir, görüntülər Tətbiq və ya Mülkiyyətçi tərəfindən foto və ya video fayl kimi saxlanılmır; yalnız barkod məlumatı (rəqəm və/və ya simvol ardıcıllığı) oxunaraq emal olunur;

c) Cihaz identifikatoru məlumatları — bu Siyasətin 2.3-cü bölməsində təsvir edildiyi kimi analitika, diaqnostika və performansın artırılması üçün istifadə olunur;

d) Kontakt məlumatlarına lokal çıxış – Tətbiqdə nəzərdə tutulmuş keşbek/bonus transferi funksiyasını (“dostlara/ailə üzvlərinə keşbek göndərilməsi”) həyata keçirmək üçün alıcı tərəfin seçimini asanlaşdırmaq məqsədilə istifadəçinin cihazında saxlanılan kontakt siyahısına lokal olaraq müraciət oluna bilər. Bu zaman:

  • kontaktlara çıxış yalnız istifadəçi Tətbiqdə müvafiq “transfer” funksiyasını aktivləşdirdikdə və kontaktlara icazə verdikdə baş verir;
  • kontakt siyahısındakı məlumatlar Mülkiyyətçinin serverlərinə yüklənmir və saxlanılmır;
  • kontakt məlumatları hər hansı marketinq və ya digər, bu Siyasətdə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilmir;
  • istifadəçi, istədiyi halda, alıcının mobil nömrəsini kontakt siyahısından istifadə etmədən, əl ilə daxil etməklə də keşbek transferini həyata keçirə bilər.

İstifadəçi cihazının parametrlərindən bu icazələri (geolokasiya, kamera, kontaktlara çıxış və s.) istənilən vaxt aktiv və ya deaktiv edə bilər; bu halda Tətbiqin müvafiq funksiyaları məhdudlaşa və ya istifadə üçün əlçatmaz ola bilər.

2.3. Tətbiqin quraşdırıldığı cihazın identifikatoru

Cihaz identifikatoru Tətbiqin quraşdırıldığı cihazı müəyyən edən unikal, anonimləşdirilmiş rəqəm və hərflər kombinasiyasıdır. Bu identifikator mobil cihazda saxlanılır və müəyyən hallarda yüklənmiş proqramlar tərəfindən istifadə oluna bilər. İstifadəçilər Google və Apple şirkətlərinin tətbiq mağazalarındakı tətbiqlərdən istifadə edərkən cihaz identifikatorlarının (cihaz növü, əməliyyat sistemi versiyası, vaxt zonası və s.) bu şirkətlərlə paylaşılmasına dair müvafiq məxfilik şərtlərinə razılıq verirlər.

Cihaz identifikatoru xidmətlərimizi təkmilləşdirmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün anonimləşdirilmiş istifadə statistikalarının toplanılması məqsədi ilə, o cümlədən Google Analytics və Google Firebase kimi analitika xidmətlərindən istifadə zamanı emal oluna bilər. Mülkiyyətçi bu xidmətlərlə bağlanmış müqavilələr vasitəsilə fərdi məlumatların qanunvericiliyə uyğun və təhlükəsiz emal olunmasını təmin etmək üçün zəruri tədbirlər görür.

2.4. ÜÇÜNCÜ TƏRƏF XİDMƏT TƏMİNATÇILARI

Tətbiqin funksionallığını təmin etmək üçün aşağıdakı üçüncü tərəf xidmət təminatçıları inteqrasiya olunmuşdur. Bu xidmətlər müəyyən hallarda istifadəçinin məlumatlarını Mülkiyyətçinin tapşırığı ilə emal edə bilər:

a) OneSignal, Inc. (Bildiriş platforması)

Toplana bilən məlumatlar:

- cihaz identifikatoru və bildiriş tokeni;

- bildirişlə qarşılıqlı əlaqə məlumatları (açıldı, silindi, klik olundu və s.);

- Tətbiqdən istifadə nümunələri (sessiya vaxtları, açılış sayı və s.);

- cihaz haqqında texniki məlumatlar (OS versiyası, model və s.).

Məqsəd:

- kampaniyalar, endirimlər və xüsusi təkliflər barədə push bildirişlərin göndərilməsi;

- sifariş və balansla bağlı məlumatlandırma;

- oyun və lider cədvəlləri ilə bağlı bildirişlərin göndərilməsi;

- Tətbiq yenilikləri və texniki məlumatların paylaşılması.

Məlumatın yerləşdiyi serverlər: ABŞ-da və digər beynəlxalq bulud infrastrukturunda.

Məxfilik siyasəti: https://onesignal.com/privacy_policy

İstifadəçi Tətbiq daxilində və ya cihaz parametrlərindən bildirişləri deaktiv etməklə bu emalı məhdudlaşdıra bilər.

b) Google Maps Platform (Xəritə və lokasiya xidmətləri)

Toplana bilən məlumatlar:

- dəqiq geolokasiya koordinatları (icazə verilən hallarda);

- xəritə ilə qarşılıqlı əlaqə (zoom, xəritədə hərəkət, axtarış sorğuları);

- cihaz haqqında məlumatlar (IP ünvanı, cihaz növü);

- istifadə məlumatları (baxılan marşrutlar, seçilmiş mağazalar və s.).

Məqsəd:

- OBA Market mağazalarının xəritədə göstərilməsi;

- ən yaxın mağazanın tapılması və ora istiqamətlərin verilməsi;

- mağazalara olan məsafənin hesablanması;

- lokasiya əsaslı istifadəçi təcrübəsinin yaxşılaşdırılması.

Məlumatın yerləşdiyi serverlər: Google Cloud infrastrukturu (fərqli regionlarda).

Məxfilik siyasəti: https://policies.google.com/privacy

İstifadəçi cihaz parametrlərindən lokasiya icazələrini idarə edə bilər.

c) Microsoft Azure / SignalR (Real-time kommunikasiya xidmətləri)

Toplana bilən məlumatlar:

- qoşulma metadatası (IP ünvanı, vaxt nişanı);

- sessiya haqqında məlumat (aktivlik statusu, bağlantı müddəti);

- real vaxtda fəaliyyət məlumatları (oyun xalları, lider cədvəlləri yenilənməsi);

- Tətbiqdaxili sinxronizasiya məlumatları.

Məqsəd:

- "Sürətli Səbətlər" oyunu zamanı xalların və lider cədvəllərinin real vaxt rejimində yenilənməsi;

- Tətbiqdaxili məlumatların eyni anda bir neçə cihazda sinxron saxlanılması;

- canlı kontent yeniləmələrinin həyata keçirilməsi.

Məlumatın yerləşdiyi serverlər: Microsoft Azure serverləri (regiondan asılı olaraq).

Məxfilik siyasəti: https://privacy.microsoft.com

Mülkiyyətçi bu xidmət təminatçıları ilə bağlanmış məlumat emalı müqavilələri vasitəsilə məlumatların yalnız bu Siyasətdə göstərilən məqsədlər üçün və müvafiq təhlükəsizlik tələblərinə uyğun emal edilməsini təmin edir.

2.5. Kukilər və izləmə texnologiyaları

Tətbiq aşağıdakı məqsədlərlə texniki kukilər və oxşar texnologiyalardan istifadə edə bilər:

- sessiya və autentifikasiya proseslərinin idarə edilməsi;

- Tətbiqin performansının və stabilliyinin analiz edilməsi;

- analitika və crash report vasitəsilə təcrübənin yaxşılaşdırılması.

İstifadəçi analitika və bənzər alətlərin bir qismini Tətbiqin parametrlərindən məhdudlaşdıra və ya deaktiv edə bilər. Bu halda Tətbiqin əsas funksionallığı qorunmaqla bəzi təkmilləşdirmə funksiyaları məhdudlaşa bilər.

3. MƏLUMATLARIN MÜHAFİZƏSİ VӘ TƏHLÜKƏSİZLİYİ

İstifadəçi tərəfindən təqdim edilən məlumatlar toplanıldığı andan mühafizə olunur. Mülkiyyətçi bu məlumatlara icazəsiz giriş, onların dəyişdirilməsi, itirilməsi və ya icazəsiz açıqlanması riskini azaltmaq üçün texniki, təşkilati və fiziki təhlükəsizlik tədbirlərini tətbiq edir.

3.1. İnformasiyanın üçüncü tərəflərə açıqlanması

Fərdi məlumatlar aşağıdakı hallarda üçüncü tərəflərə təqdim oluna bilər:

a) Xidmət təminatçıları: Tətbiqin funksionallığı üçün zəruri olan üçüncü tərəf xidmət təminatçılarına (bu Siyasətin 2.4-cü bölməsində göstərildiyi kimi) – həmin şəxslər məlumatları yalnız Mülkiyyətçinin tapşırığı və bu Siyasətdə qeyd olunan məqsədlər çərçivəsində emal edirlər;

b) Hüquqi öhdəliklər: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanlarının, məhkəmələrin və ya digər səlahiyyətli qurumların tələb etdiyi hallarda;

c) Biznes əməliyyatları: Mülkiyyətçinin bütün və ya bir hissəsinin birləşməsi, alınması, aktivlərin satılması və ya restrukturizasiyası hallarında – bu halda istifadəçilər qabaqcadan məlumatlandırılır;

ç) İstifadəçi razılığı: İstifadəçi tərəfindən açıq şəkildə razılıq verildiyi konkret hallarda.

Mülkiyyətçi fərdi məlumatları heç bir halda üçüncü tərəflərə müstəqil marketinq məqsədləri üçün satmır.

3.2. Məlumatların təqdim edilməsindən imtina

İstifadəçi fərdi məlumatlarının bir qismini təqdim etməkdən imtina edə bilər. Lakin 2.1-ci bölmədə göstərilən zəruri məlumatların təqdim edilməsindən imtina edildikdə Tətbiqdən istifadə mümkün hesab edilmir.

3.3. Məlumatların dəyişdirilməsi və silinməsi

İstifadəçi öz fərdi məlumatlarının dəyişdirilməsini və silinməsini Mülkiyyətçidən tələb etmək hüququna malikdir. İstifadəçi tərəfindən belə sorğu daxil olduqda, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və müddətlər istisna olmaqla, Mülkiyyətçi istifadəçi barəsində toplanılmış fərdi məlumatları silməlidir. Məlumatların silinməsi Tətbiqdən tam və ya qismən istifadəni mümkünsüz edə bilər.

İstifadəçi ona məxsus fərdi məlumatların silinməsi və ya onlarda dəyişiklik edilməsi üçün info@oba.az ünvanına yazılı müraciət etməlidir.

3.4. İnformasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina

İstifadəçi informasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina edə bilər. Bunun üçün Tətbiqin parametrlərindən və/və ya cihazın bildiriş parametrlərindən müvafiq bildirişləri deaktiv edə bilər.

3.5. Hazırkı Siyasətdə dəyişikliklər

Mülkiyyətçi istənilən vaxt bu Siyasəti yeniləmək və ya dəyişdirmək hüququnu özündə saxlayır. İstifadəçi müvafiq dəyişikliklərdən xəbərdar olmaq üçün Siyasəti mütəmadi olaraq yoxlamalıdır. Siyasətdə dəyişiklik edildikdən sonra Tətbiqdən istifadəni davam etdirməklə istifadəçi həmin dəyişikliklərlə razılaşmış hesab edilir.

Əhəmiyyətli dəyişikliklər edildikdə, bu barədə istifadəçiyə ya onun təqdim etdiyi elektron poçt ünvanına bildiriş göndərilməklə, ya da Tətbiqin daxilində aydın görünən elan yerləşdirilməklə məlumat veriləcəkdir.

3.6. Fərdi məlumatların qanunsuz yayılmasına görə məsuliyyət

İstifadəçi tərəfindən təqdim edilmiş məlumatların bu Siyasətin 3.1-ci maddəsinin tələblərinə əməl edilmədən üçüncü şəxslərə verilməsi və ya Tətbiqin məqsədlərinə uyğun olmayan şəkildə istifadə edilməsi hallarında Mülkiyyətçi qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyır.

3.7. Məlumatların saxlanılma müddəti

Mülkiyyətçi fərdi məlumatları bu Siyasətdə göstərilən məqsədlər üçün zəruri olduğu müddət ərzində və yaxud qanunvericiliyin tələb etdiyi müddətlərdə saxlayır.

Şəxsi hesab məlumatları:

a) Aktiv hesab dövründə:

- ad, soyad, atasının adı;

- mobil nömrə;

- e-poçt ünvanı;

- doğum tarixi;

- FİN kodu (toplanılıbsa);

- profil şəkli – istifadəçinin hesabı aktiv olduğu müddətdə saxlanılır.

b) Hesab silindikdən sonra:

- identifikasiyaedici fərdi məlumatlar (ad, soyad, FİN və s.): 30 (otuz) gün müddətində silinir;

- profil şəkli: 7 (yeddi) gün ərzində silinir;

- FİN kodu: hesabın silinməsi barədə sorğu təsdiqləndikdən dərhal sonra silinir;

- anonimləşdirilmiş istifadə statistikası qanunda qadağan olunmadığı müddətdə məhdudiyyətsiz saxlanıla bilər.

Əməliyyat və maliyyə məlumatları:

c) Alış və maliyyə əməliyyatları:

- alış-veriş tarixi və detalları;

- ödəniş və hesablaşma məlumatları;

- kassa və e-qaimə məlumatları – vergi və mühasibatlıq tələblərinə uyğun olaraq, adətən 7 ilədək saxlanıla bilər;

d) Keşbek və bonus məlumatları:

- aktiv keşbek və bonus balansı – hesab aktiv olduğu müddətdə;

- keşbek əməliyyatlarının tarixi – adətən 3 ilədək saxlanıla bilər;

- müddəti bitmiş bonuslara dair texniki məlumatlar bitmə tarixindən sonra 90 günədək saxlanıla və daha sonra silinə bilər.

Oyunla bağlı məlumatlar:

e) "Sürətli Səbətlər" oyununun məlumatları:

- oyun xalları, lider cədvəlləri və bu kimi göstəricilər bu Siyasətin 4.6-cı maddəsində qeyd olunan müddətlər və oyun kampaniyalarının davametmə dövrləri çərçivəsində saxlanılır;

- günlük nəticələr – ən azı 30 gün;

- aylıq nəticələr – ən azı 12 ay;

- tarixi statistika zərurət olduqda anonimləşdirilmiş şəkildə analitika məqsədi ilə daha uzun müddət saxlanıla bilər.

Texniki və analitika məlumatları:

f) Cihaz və istifadə məlumatları:

- cihaz identifikatoru – təhlükəsizlik və saxtakarlığın qarşısının alınması məqsədi ilə məhdud müddət ərzində saxlanıla bilər;

- Tətbiqdən istifadə analitikası – anonimləşdirildikdən sonra biznes analizi məqsədi ilə məhdudiyyətsiz saxlanıla bilər;

- crash log və texniki nasazlıqlara dair məlumatlar – adətən 90 günədək saxlanılır;

- lokasiya tarixi – real vaxt rejimində xidmət göstərilməsi üçün istifadə oluna bilər, lakin daimi tarixçə şəklində saxlanılmaya bilər.

Kommunikasiya məlumatları:

g) Bildiriş və ünsiyyət tarixi:

- bildirişlərlə qarşılıqlı əlaqə məlumatları – adətən 12 ayadək;

- müştəri dəstəyi yazışmaları – adətən 3 ilədək;

- marketinq razılıqlarının qeydiyyatı – adətən 5 ilədək saxlanıla bilər.

İstifadəçi, qanunla tələb olunan məcburi saxlanma müddətləri istisna olmaqla, məlumatlarının daha erkən silinməsi üçün info@oba.az ünvanına müraciət edə bilər.

3.8. Fərdi məlumatların ölkə xaricinə ötürülməsi

İstifadəçinin məlumatları Mülkiyyətçi ilə müqavilə münasibətlərində olan xidmət təminatçılarının serverləri yerləşən Azərbaycan Respublikası hüdudlarından kənar ölkələrdə də emal oluna bilər. Bu ölkələrə, o cümlədən, aşağıdakılar daxildir:

- ABŞ (OneSignal və digər bulud xidmətləri);

- Avropa İttifaqı ölkələri (Google Cloud, Microsoft Azure regionları);

- digər ölkələr – xidmət təminatçılarının infrastrukturundan asılı olaraq.

Mülkiyyətçi bu hallarda:

- müvafiq məlumat emalı müqavilələri;

- beynəlxalq standart müqavilə şərtləri;

- məlumatların qorunmasına dair əlavə texniki və təşkilati tədbirlər

tətbiq etməklə fərdi məlumatların qorunmasını təmin etməyə çalışır.

Tətbiqdən istifadə etməklə istifadəçi bu Siyasətdə təsvir olunan şərtlərlə öz məlumatlarının Azərbaycan Respublikasından kənarda yerləşən serverlərdə emal olunmasına razılıq vermiş sayılır.

3.9. Məlumat təhlükəsizliyi pozuntusu barədə bildiriş

İstifadəçinin fərdi məlumatlarına dair təhlükəsizlik insidenti (icazəsiz giriş, itki, açıqlanma və s.) baş verdiyi aşkar edilərsə, Mülkiyyətçi:

- insidenti dərhal araşdırır;

- zərərin məhdudlaşdırılması və aradan qaldırılması üçün zəruri tədbirlər görür;

- qanunvericiliyin tələb etdiyi hallarda müvafiq dövlət orqanlarını xəbərdar edir;

- zərərçəkmiş hesab edilə bilən istifadəçiləri mümkün qədər qısa müddətdə məlumatlandırır;

- baş vermiş insident, görülən tədbirlər və istifadəçilərin öz hesablarını necə qorumağı barədə məlumat verir.

İstifadəçi hər hansı şübhəli hal və ya təhlükəsizlik insidenti barədə info@oba.az ünvanına müraciət edə bilər.

3.10. Məlumatların köçürülməsi (portativlik) hüququ

İstifadəçi öz fərdi məlumatlarının strukturlaşdırılmış, geniş istifadə olunan və maşın tərəfindən oxuna bilən formatda (məsələn, JSON və ya CSV) təqdim edilməsini tələb etmək hüququna malikdir. Bu hüquq aşağıdakı məlumat kateqoriyalarına şamil oluna bilər:

- hesab məlumatları;

- alış-veriş tarixi;

- oyun statistikasına dair məlumatlar;

- digər saxlanılan fərdi məlumatlar.

İstifadəçi bu hüquqdan istifadə etmək üçün info@oba.az ünvanına müraciət etməklə məlumatların çıxarılmasını tələb edə bilər. Mülkiyyətçi qanunla müəyyən olunmuş müddətlər çərçivəsində bu sorğunu icra etmək üçün zəruri tədbirlər görəcək.

4. TƏTBİQDAXİLİ OYUN – “SÜRƏTLİ SƏBƏTLƏR” ÜZRƏ MƏLUMATLARIN İŞLƏNİLMƏSİ

Tətbiqin tərkibində yerləşən “Sürətli Səbətlər” adlı tətbiqdaxili oyun (bundan sonra – Oyun) istifadəçilərə əyləncəvi müsabiqədə iştirak imkanı təqdim edir. Oyun yalnız Tətbiqdə qeydiyyatdan keçmiş və öz hesabı ilə daxil olmuş istifadəçilər üçün əlçatandır.

Oyun çərçivəsində toplanan məlumatlar yalnız nəticələrin hesablanması, reytinq cədvəllərinin formalaşdırılması və mükafatlandırma prosesinin həyata keçirilməsi məqsədləri üçün emal edilir.

4.1. Oyunda toplanan məlumatlar

Oyun zamanı aşağıdakı məlumatlar toplanılır və emal edilir:

a) istifadəçinin şəxsi hesab identifikatoru;

b) oyun sessiyasında topladığı xallar;

c) oyun sessiyalarının sayı və nəticələri;

ç) reytinq cədvəllərində mövqeyi (günlük və aylıq göstəricilər);

d) mükafatlandırma nəticələri.

Qeyd olunan məlumatlar fərdi məlumatlar hesab olunur və yalnız Oyunun keçirilməsi məqsədləri üçün tələb edilir.

4.2. Məlumatların emalının məqsədi

Oyun zamanı təqdim olunan məlumatlar aşağıdakı məqsədlərlə emal edilir:

a) istifadəçinin oyun üzrə nəticələrinin müəyyən edilməsi;

b) gündəlik və aylıq reytinq cədvəllərinin yaradılması;

c) mükafatların müəyyən edilməsi və təqdim edilməsi;

ç) şübhəli və saxtakarlıq əlamətləri olan fəaliyyətlərin monitorinqi;

d) istifadəçinin Tətbiqdəki şəxsi kabinetində oyun nəticələrinin əks etdirilməsi.

4.3. Məlumatların üçüncü tərəflərə açıqlanmaması

Oyun zamanı toplanan məlumatlar Mülkiyyətçi tərəfindən, bu Siyasətin 2.4 və 3.1-ci bölmələrində göstərilən hallar istisna olmaqla, üçüncü şəxslərə açıqlanmır. Yalnız Qanunun tələblərinə uyğun olaraq səlahiyyətli dövlət orqanları tərəfindən tələb edildikdə təqdim edilə bilər.

4.4. Saxtakarlıq və qaydaların pozulması

Oyun prosesinə kənar texniki müdaxilə, bot, makro, avtomatlaşdırılmış klik alətləri və digər manipulyativ üsullarla təsir göstərilməsi Oyunun qaydalarının pozulması və saxtakarlıq hesab olunur. Belə hallar aşkar edildikdə:

- istifadəçinin Oyundakı nəticələri ləğv edilə bilər;

- istifadəçi lider cədvəllərindən və mükafatçılar siyahısından çıxarıla bilər;

- ağır və təkrarlanan pozuntu hallarında istifadəçinin Tətbiqdən istifadə hüququ məhdudlaşdırıla və ya bloklana bilər.

4.5. Mükafatlandırma

Oyun üzrə mükafatlandırma yalnız Tətbiq daxilində bonus balansına köçürmə formasında həyata keçirilir. Bonuslar:

- nağdlaşdırılmır;

- üçüncü şəxslərə birbaşa təqdim edilmir;

- yalnız Tətbiqin şərtlərinə uyğun olaraq istifadə oluna bilər.

4.6. Oyun məlumatlarının saxlanılma müddəti

Oyunla bağlı məlumatlar:

- müvafiq oyun kampaniyası və reytinq dövrü ərzində;

- gündəlik nəticələr üçün ən azı 30 gün;

- aylıq nəticələr üçün ən azı 12 ay müddətində saxlanıla bilər.

Bu müddətlər başa çatdıqdan sonra məlumatlar ya silinə, ya da anonimləşdirilərək yalnız statistika və analitika məqsədləri üçün saxlanıla bilər.

← İstifadə şərtləri