OBA Market | "Şanslı qonşu"| Lotereya

"Şanslı qonşu" lotereyası

"OBA" marketlər şəbəkəsi “Şanslı qonşu” adlı yeni lotereyaya start verir. 18 oktyabr- 29 yanvar tarixlərində “OBA Market” tətbiqini yükləyin və hər 10 manatlıq alış-veriş üçün 1 şans əldə edin. Lotereyada 5 Kia Rio avtomobili, hər biri 5 ədəd olmaqla digər qiymətli hədiyyələr - səyahət turu, soyuducu, televizor, qabyuyan, paltaryuyan, planşet, kondisioner və 5 ədəd 500 AZN-lik hədiyyə kartı oynanılır. Nə qədər çox alış-veriş, o qədər çox şans. Daha ətraflı “OBA Market” mobil tətbiqində.

Lotereya şərtləri


1

18 yaşına çatmış hər kəs lotereyada iştirak edə bilər.

2

"OBA Market" tətbiqini mobil telefonunuza yükləyin və qeydiyyatdan keçin.

3

Layihə müddəti ərzində 10 azn və üzəri alış-veriş "OBA Market" mobil tətbiqində skan olunmalıdır.

4

Hər tamamlanmış 10 azn-lik alış-veriş lotereyada 1 şans qazandırır. (10 AZN = 1 şans, 40 AZN = 4 şans, və s.)

5

4-cü qaydanın izahı: Yəni 15 AZN lik alış veriş sonrası 25 AZN-lik alış-veriş 4 şans deyil 3 şans qazandırır.

6

Qəbz üzrə məhsullar geri qaytarılan zaman qəbzin ümumi məbləği yuvarlaq məbləğdən az olarsa qazanılış şans sayı uyğun olaraq itirilir və ya azalır. Nümunə: 23 AZN-lik alış-verişdən 4 AZN-lik məhsul qaytarılması olarsa 1 şans qazanılmış olur.

7

Şəxsi məlumatlar mobil tətbiqdə tam olaraq doldurulmalıdır: Ad, soyad, ata adı, cins, doğum tarixi

8

Şəxsi məlumatlar doldurulduqdan sonra, lotereya qaydaları ilə razıyam və iştirakımı təsdiq edirəm düyməsi kliklənməlidir.

9

Bir lotereya nömrəsi yalnız bir dəfə qalib ola bilər.

10

Düymə klikləndikdən sonra iştirakçı lotereya nömrəsi əldə edir. Lotera nömrəsi mobil tətbiqin ana səhifəsində əks olunur.

11

29 yanvar 2022-ci il tarixinə qədər iştirakını təsdiq etməyən şəxslərin qazanılmış şansları itirilmiş hesab olunur.