Dəyişərək inkişaf edən və sərfəli alış-verişin ünvanı olan “OBA Market” MMC yeni loqosunu ictimaiyyətə təqdim edib.
Azərbaycanın lider şirkətlərindən biri və daima müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi 2020-ci ildə rebrendinq edərək yeni loqosunu təqdim edib.
“OBA” marketlərinin yenilənən loqosunun üç komponentdən olduğu bildirilib. Bu komponentlərə "OBA" söz nişanı, yaşıl forma və sarı stok daxildir.
Market sayına görə Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsi olan "OBA Market" MMC-nin əsas rəngi isə yaşıldır. Loqonun digər rəngləri hədəflərin daha aydın və anlaşılan olmasına xidmət edir.
Qeyd edək ki, loqoda yer alan yaşıl rəng "OBA" marketlərinə xas olan inkişaf, sağlamlıq, təbiət, təravət və səxavəti, sarı rəng dostlu, xoşbəxtlik və nikbinliyi, "OBA" sözünü yazmaq üçün istifadə olunan ağ rəng isə saflığı və təmizliyi təmsil edir.
Onu da bildirək ki, daima yenilikləri ilə seçilən “OBA” marketlərinin yeni loqosu bazarda öz fərqliliyi ilə seçilir.
Xatırladaq ki, "OBA” marketlər şəbəkəsi bütün bu dəyişiklikləri edərkən qiymət siyasətini qoruyaraq müştərilərinə qənaətli alış-veriş və sərfəli qiymət təklif edir. Müştərilər də "OBA”nı seçərək həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.