Tarix : 30 Aprel 2021

“OBA” marketin çağrı mərkəzi yaradılıb

Hər zaman müştərilərin rahatlığına önəm verən “OBA” marketlər şəbəkəsi müştəri xidmətləri sahəsinin daha əlçatan olması üçün sosial şəbəkələrdəki aktivliyini qorumaqla yanaşı, yeni çağrı mərkəzi yaradıb

Dəyişərək inkişaf edən, sərfəli alış-verişin ünvanı olan “OBA” marketlər şəbəkəsi müştərilərini düşünərək onlara yüksək keyfiyyətdə xidmət göstərir.

11 mart 2016-cı il tarixindən fəaliyyətə başlayan və Azərbaycanın pərakəndə satış sektorunda aparıcı marketlər şəbəkəsindən biri olan “OBA Market” MMC beş illik fəaliyyəti dövründə bir çox dəyişikliklər həyata keçirib. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə mağazalarını genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.

“OBA” marketlər şəbəkəsi sosial şəbəkələrdə və rəsmi sayt vasitəsilə müştərilərinə müxtəlif yeniliklər və kampaniyalar haqqında məlumat verir. Həmçinin müştərilərin təklif və şikayətlərini sosial şəbəkələr və rəsmi sayt vasitəsilə qəbul edərək çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərə baxılır.

Hər zaman müştərilərin rahatlığına önəm verən “OBA” marketlər şəbəkəsi müştəri xidmətləri sahəsinin daha əlçatan olması üçün sosial şəbəkələrdəki aktivliyini qorumaqla yanaşı, yeni çağrı mərkəzi yaradıb. Artıq həm şəhər telefonlarından, həm də mobil operatorlardan *2016 nömrəsinə zəng etmək mümkündür. “OBA” marketlər şəbəkəsinin əsasının 2016-cı ildə qoyulduğunu nəzərə alaraq “2016” nömrəsi xüsusi olaraq seçilib.

Artıq müştərilər təklif və şikayətlərini *2016 nömrəsinə zəng edərək məlumat verə bilərlər.

Qeyd edək ki, hər zaman milli dəyərlərimizə sadiq olan “OBA” marketlər şəbəkəsinin bundan sonrakı hədəflərinin özəyində də müştəri məmnuniyyəti dayanır.