Haqqımızda

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal-hazırda 1200-ə yaxın marketi fəaliyyət göstərir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

Vizyon

Azərbaycan pərakəndə sektorunda lider şirkət olmaqla yanaşı, sektorun ən seçilən markasına çevrilmək

Missiya

Müştərilərimizə yaxın, modern konseptli marketlərimizdə üstün təlabatı olan keyfiyyətli istehlak məhsullarını cəmləşdirməklə, ailə büdcəsinə qənaət etdirəcək alış-veriş təcrübəsi qazandırmaq

Strategiyamız

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi həm ölkəmizin iqtisadi inkişafına dəstək verir, həm də minlərlə insanı iş yerləri ilə təmin edir. Bu şərəfli missiyanın hər bir əməkdaşımızın fəaliyyəti üçün böyük motivasiya yaratdığına inanırıq

Tariximiz

2016

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA MARKET” MMC 2016-cı il martın 11-də təsis edilmişdir. Həmçinin bu ildə idarə heyəti tərəfindən şirkətin ilk loqosu yaradılmışdır.

2017

2017-ci il iyunun 1-də yaradılan və ərazisi 176.9 kv.m olan “Mingəçevir 1” marketi bölgələrimizdəki ən böyük satış sahəsinə malik “OBA”dır. Həmçinin 500-cü mağazamız “Elmlər 1”də 2017-ci ilin noyabrında istifadəyə verilib.

2019

Sahəsinə görə liderlik edən ən böyük mağazamız “Masazır 5” dekabrın 7-də istifadəyə verilib. Sahəsi 292 kv.m-dir.

2020

“OBA” marketlər şəbəkəsi 2020-ci ildə loqosunu, fəlsəfəsini, cinqlını özündə birləşdirən yeni “Brandbook” Marka kimliyini təqdim edib. Həmçinin bu ildə, şirkət Veysəloğlu Şirkətlər Qrupunun “2020-ci ilin Şirkəti” mükafatına layiq görülüb.

2021

"OBA" marketlər şəbəkəsinin 2021 ci ilin fevral ayında 900-cü marketi , sentyabr ayında isə 1000-ci marketi açılmışdır. Həmçinin bu ildə şirkətin veb-saytı yenilənib və “OBA Market” mobil tətbiqi istifadəyə verilmişdir.

Natəvan İbrahimova

İdarə Heyətinin Sədri

Departament direktorları

Könül Kərimova

Maliyyə direktoru

Elnur Qardaşov

Biznesin İnkişafı direktoru

Hikmət Əliyev

Marketinq direktoru

Vüqar İsmayılov

Satış Əməliyyatları Direktoru

Maqsud Orucov

İnsan Resursları direktoru

Komanda ilə tanış ol