Limonlu düyü

2 stəkan düyü 10 dəqiqə qaynadılır. Uyğun bir tavaya bitki yağı əlavə edilir və 1 gün əvvəldən islatdılan qırmızı mərci fıstıqla qovrulur. Sonra üzərinə zirinc və sarıkök əlavə edilib qarışdırılır. Qaynadılmış düyünü tavaya əlavə edilir, üzərinə bir limonun suyunu sıxılır və təqribən 10 dəqiqə bişirilir. Və limonlu düyümüz hazırdır!

55 dəqiqə

Tərkibi:

Bitki yağı
1 yemək qaşığı
Mərci
3 yemək qaşığı
Fıstıq
3 yemək qaşığı
Sarıkök
Zövqə görə
Duz
Zövqə görə
Düyü
2 stəkan
Zirinc
3 çimdik
Limon
Yarım