Krem pendirli, noxudlu və qulançarlı makaron

Dadlı makaron istəyirsinizsə bu resept idealdır! Bu yeməyi hazırlamaq asandır və mütləq əlavə bir porsiya da istəyəcəksiniz. Reyhan, keşniş və kəklikotu yarpaqlarını xırda doğrayın və krem pendirlə qarışdırın. Makaronu duzlu və az miqdarda zeytun yağlı suda qaynadın. Qaynama müddəti hər bir makaron növünə görə fərqlənsə də təxminən 15 dəqiqəyə hazır olur. Makaronun hazır olmasından 3 dəqiqə əvvəl qaynadılması üçün qulançar və noxudu əlavə edin. Daha sonra hamsını birlikdə qaynadın və süzün, qaynadılan sudan 1 stəkan saxlayın. Makaron və tərəvəzləri tavaya qoyun, təzə göyərti ilə krem ​​pendiri əlavə edin. Sonra limonu sürtgəcdən keçirin və az miqdarda şirəsini əlavə edin. Qaynayan makarondan sonra qalan mayeni tökün, duz və istiotla ədviyyələndirin. Makaron krem teksturası alana qədər odda saxlayın

30 dəq.

Tərkibi:

Yaşıl noxud
200 q
Makaron
200 q
Krem pendir
130 q
Yaşıl qulançar
8 ədəd
Limon
1ədəd
Duz-istiot