Kartof topları ilə sote edilmiş toyuq
Hazırlanma qaydası: Kartofları qabıqlarını soymadan yumşalana qədər qaynadırıq. Toyuq sote üçün tavada duru yağ qızdırılır. Ardından kiçik doğranmış toyuq filesi tavada rəngi dəyişənə qədər qızardılır. Sonra soğan və sarımsaq əlavə edilərək bir az da sotelənir. Bibərlər, 1-2 dəqiqə sonra isə doğradığımız göbələklər əlavə edilir. Göbələklər bişdikdə tomat pastası, duz və baharatlar əlavə olunur və kənara alınır. Qaynamış kartofların (mütləq şəkildə ilıq formada) qabıqları soyulur və əzilir. Üzərinə kaşar pendir, süd, duz, kəklikotu əlavə edilir və təkrar qarışıdırılır. Alınan kütlələrdən mandarin böyüklüyündə hissələr ayrılır və top şəkli verilir. Ortasına açdığımız çuxura toyuq içliyi əlavə edilir. Üzərinə kaşar pendir səpilir və suya əlavə etdiyimiz tomat pastası olan soba qabına topları yerləşdiririk. Öncədən isidilmiş sobada 200 dərəcədə pendirlər əriyib rəng alana qədər bişirilir. İstiliyi azaldıqdan sonra servisə hazırdır.