Kakaolu saray sarma

Kakaolu saray sarma

Hazırlanma qaydası: Əvvəlcə peçenyelər toz halına gətirilir. Daha sonra böyük ölçülü soba sinisinə toz halına gətirilən peçenyeləri sərpib bərabər şəkildə yayılır. Uyğun bir qazana un, şəkər və kakao əlavə edilir və qarışdırılır. Südü fasilələrlə kiçik ölçülərdə əlavə edib çırpılır ki topalar yaranmasın. Aşağı temperaturda davamlı qarışdırılaraq bişirilir. Qatı hal alana qədər bişirilir və içinə kərə yağı və vanil əlavə edilir. Kərə yağı əridikdən sonra daha öncə hazırladığımız siniyə qarışımı töküb hər tərəfə bərabər şəkildə yayırıq. Bir saat soyumağa qoyulur. Daha sonra südlə krem şanti çırğılıb hazırlanır və soyumuş siniyə yenə bərabər şəkildə yayılır. Təkrar 2 saat soyumağa qoyulur. Daha sonra soyuyan şirniyyat ikiyə bölünüb rulet formasında yuvarlanır və servisə hazır edilir. Nuş olsun!

4 saat

Tərkibi:

Süd
1 litr
Şəkər tozu
1 stəkan
Un
1 stəkan
Kakao
3 xörək qaşığı
Vanil
1 paket
Kərə yağı
50 q
Kakaolu peçenye
1.5 paket
Qaymaq
1 paket
Soyuq süd
1 stəkan