“Qonşum Qazansın” lotoreyası
Lotoreyanın şərt və qaydaları
- Lotoreyanın keçirilmə müddəti və keçərli olduğu marketlər:
- Lotereya 1 mart – 30 aprel 2025 tarixləri arasında keçirilir;
- Lotereya bütün OBA Market filiallarında keçərlidir.
- Hədiyyələr:
- 1 ədəd Toyota Corolla 1.8L 2024 avtomobili;
- 1 ədəd Bakıda tam təmirli 2 otaqlı mənzil.
- İştirak üçün şərtlər:
- Lotereyada yalnız 18 yaş və üzəri şəxslər iştirak edə bilər.
- Lotereya müdətində OBA Marketlərindən 20 AZN və üzəri alış-veriş etmək lazımdır;
- Alış-veriş qəbzindəki (çekindəki) QR kod skan edilərək açılan qeydiyyat panelində qeydiyyat prossesi tamamlanmalıdır. Həmçinin, qeydiyyatdan sonra mobil tətbiqə keçid edilməlidir (şans sayını izləmək üçün);
- Qeydiyyat zamanı aşağıdakı məlumatlar daxil edilməlidir (qarşısında * (ulduz) – işarəsi olan məlumatlar mütləq əlavə edilməlidir):
- Ad, soyad və ata adı*
- Mobil nömrə*
- Şəxsiyyət vəsiqəsinin FİN-i (Fərdi İndentifikasiya Nömrəsi)
- Doğum tarixi*
- "Lotereya iştirak qaydaları ilə razıyam" təsdiq edilməsi*.
- Hər bir QR kod qeydiyyat üçün yalnız 1 dəfə istifadə oluna bilər;
- Qeydiyyatdan sonra iştirakçı qazandığı, yaxud itirdiyi şanslarını yalnız OBA Market tətbiqində izləyə biləcək;
- Lotereya iştirakçılarına alış-veriş qəbzlərini lotereyanın uduş fondunun oynanılacağı gün – 20 May 2025-ci il tarixinədək saxlamaları tövsiyə olunur.
- Şans Hesablanması:
- Hər 20 AZN = 1 şans, 40 AZN = 2 şans, 60 AZN = 3 şans və s.
- Bir qəbzdə 39 AZN-lik alış edilibsə, 1 şans qazanılacaq (yəni məsələn, 65 AZN-lik alış-veriş edən müştəri lotoreyada 3 şans qazanmış sayılacaq).
- Şans aşağıdakı hallarda itirilir:
- Şans qazanılan alış-veriş qəbzi geri qaytarıldıqda.
- Şansların izlənməsi:
- Qeydiyyat tamamlandıqda tətbiqə yönləndirmə üçün “Şanslarını izlə” düyməsi görəcəksiniz;
- Düyməyə kliklədikdə əgər tətbiq telefonda artıq quraşdırılıbsa və tətbiqdə qeydiyyatdan keçilən nömrə lotereyada qeydiyyat zamanı istifadə edilən nömrə ilə eynilik təşkil edirsə, avtomatik şans sayı tətbiqin ana səhifəsində görünəcək;
- Eynilik olmadıqda, müştəri lotoreyaya qeydiyyat zamanı istifadə etdiyi nömrə ilə tətbiqdən qeydiyyatdan keçməlidir;
- Əgər tətbiq quraşdırılmayıbsa, yükləmək üçün uyğun yükləmə platformasına (Play Store və ya App Store) yönləndirmə ediləcəkdir.
- Şans qazanılmayan məhsullar:
- Spirtli içkilər, siqaret məhsulları və şans oyunları alışı zamanı şans hesablanmır.
- Qaliblərin seçilməsi:
- Qaliblər lototron vasitəsilə, 20 may 2025 tarixində CANLI YAYIMDA təyin ediləcək;
- Qaliblər rəsmi “OBA” Market vebsaytında (oba.az və ya obamarket.az) və sosial media hesablarında elan ediləcək;
- Qaliblər qeyd olunan tarixdə əlaqə saxlanılaraq məlumatlandırılacaq.
- Hər müştəri lotereyada yalnız 1 dəfə qalib ola bilər.
- Mükafatların təhvil verilməsi:
- Qaliblərlə CANLI YAYIMDA əlaqə saxlanılaraq statusu təsdiq ediləcək;
- Qaliblər mükafatlarını almaq üçün 20 may 2025 tarixindən etibarən 90 iş günü ərzində şəxsiyyət vəsiqəsi və lotoreyada qeydiyyatdan keçdiyi mobil nömrə ilə “OBA” Market Baş ofisinə müraciət etməlidir;
- Hədiyyə qalib gəlmiş şəxsə və ya qalib gəlmiş şəxsin notarial qaydada etibar etdiyi şəxsə təqdim edilə bilər;
- Bu proses yalnız birinci dərəcəli qohumlara şamildir;
- Mükafatlar dəyişdirilə və ya nağd pulla əvəz edilə bilməz;
- Mükafatların vergi və rəsmiləşdirilmə xərcləri "OBA" Marketlər şəbəkəsinin öhdəliyindədir.
- Əlaqə vasitələri:
- “Oba” Marketlər səhifəsinin rəsmi sosial media hesabları;
- Qaynar xətt - *2016.