Başlama tarixi :

18 Oktyabr 2021

Bitmə tarixi :

29 Yanvar 2022

“Şanslı qonşu” lotereyası

“Şanslı qonşu” lotereyası

“OBA” marketlər şəbəkəsindən müştərilərinə möhtəşəm xəbər.

Daima müştərilərinə yaxın olan və onları yenilikləri ilə sevindirən “OBA” marketlər şəbəkəsi “Şanslı qonşu” lotereyasını elan edir. Şirkətin 5 illik fəaliyyəti dövründə ilk dəfə keçirilən lotereyanın məqsədi müştərilərini və onların ailələrini Yeni il öncəsi yalnız endirimlərilə deyil, bol hədiyyələrlə də sevindirməkdir. Müştərilər hər 10 azn-lik alış-verişdə lotereyaya 1 şans qazanaraq möhtəşəm hədiyyələrin sahibi olma imkanı əldə edəcəklər.

Lotereyanın iştirak qaydalarına əsasən 18 yaşına çatmış hər kəs “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır.

Xəzər televiziyasının canlı efirində yayımlanacaq lotereyanın münsiflər heyəti Azərbaycanın tanınmış simaları və incəsənət xadimləri arasından seçilmişdir. Canlı yayımla lotereyanın tam şəffaf keçirilməsinə təminat verilərək möhtəşəm hədiyyələrin qalibləri müəyyən olunacaq. Şanslı qonşularımız 5 2021-ci il buraxılışlı Kia Rio avtomobili, hər biri 5 ədəd olmaqla səyahət bileti, soyuducu, TV, qabyuyan, paltaryuyan, planşet, kondisioner və 500 azn-lik hədiyyə kartları qazanacaqlar..

"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC-nin keçirdiyi “Şanslı qonşu” lotereyası oktyabrın 18-dən yanvarın 29-dək keçiriləcəkdir.

Digər layihələr

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Başlama tarixi:

15 Sentyabr 2022

Bitmə tarixi:

15 Sentyabr 2022

Daha ətraflı

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

Başlama tarixi:

06 Avqust 2022

Bitmə tarixi:

07 Avqust 2022

Daha ətraflı

“Maredo konfetləri qazandırır” lotereyası

Başlama tarixi:

15 Aprel 2022

Bitmə tarixi:

09 İyun 2022

Daha ətraflı