Başlama tarixi :

30 Dekabr 2020

Bitmə tarixi :

31 Dekabr 2020

3 Dekabr Beynəlxalq Əlillər Günü

“OBA” marketlər şəbəkəsi “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Bakı-Abşeron ərazilərində yaşayan onlarla fiziki məhdudiyyətli insanlarımızın ailəsini ərzaq yardımı ilə sevindirib.

Xüsusi günləri daim diqqət mərkəzində saxlayan OBA marketlər şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Əlillər Günü münasibətilə aztəminatlı əlil ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar təqdim olunub.

Belə ki, OBA marketlər şəbəkəsi tərəfindən əlil ailələrinə yardım çərçivəsində I, II qrup ömürlük gözdən əlil, Qarabağ veteranı, yataq xəstəsi, ömürlük əlil bronxial astma və şəkər xəstəsi, ömürlük əlil onkoloji xəstəsi, daim kənar şəxsin köməyinə ehtiyac duyan, eşitmə əngəlli və nitq qüsurlu olan insanların ailələri ziyarət edilib, onların həyat, məişət şəraiti ilə tanış olunub və qida, qeyri-qida, meyvə-tərəvəz məhsulları ilə yardımlar təqdim edilib.

Onu da qeyd edək ki, OBA marketlər şəbəkəsi yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq köməyə ehtiyacı olan ailələrə həm şirkət, həm də şirkət əməkdaşları olaraq yardımlar edir.

Digər layihələr

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Başlama tarixi:

15 Sentyabr 2022

Bitmə tarixi:

15 Sentyabr 2022

Daha ətraflı

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

Başlama tarixi:

06 Avqust 2022

Bitmə tarixi:

07 Avqust 2022

Daha ətraflı

“Maredo konfetləri qazandırır” lotereyası

Başlama tarixi:

15 Aprel 2022

Bitmə tarixi:

09 İyun 2022

Daha ətraflı