Başlama tarixi :

16 Mart 2021

Bitmə tarixi :

20 Mart 2021

Novruz Sovqatı – Cavab ver, hədiyyə qazan

Daim müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi bahar bayramı münasibətilə “Novruz sovqatı” adlı layihəsini həyata keçirmişdir.

Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və daima müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi bahar bayramı münasibətilə “Novruz sovqatı” adlı layihəyə start verib.

Dəyişərək inkişaf edən və sərfəli alış-verişin ünvanı olan “OBA” marketlər şəbəkəsi bayram günlərində müştərilərini unutmur, onlara müxtəlif hədiyyələr qazandırmaq üçün bir çox layihələr həyata keçirir.

“Novruz sovqatı” çərçivəsində “OBA” marketlər şəbəkəsi müştərilərini bol hədiyyələrlə sevindirməyə, həmçinin əyləndirməyə davam edir.

Yarış xarakteri daşıyan müsabiqənin şərtlərinə əsasən, sosial şəbəkə istifadəçiləri elektron poçtumuza Azərbaycanın tarixi, coğrafiyası və “OBA” marketlər şəbəkəsi ilə bağlı suallar ünvanlayıb. Layihə çərçivəsində marketdə alış-veriş edən müştərilərimiz sosial şəbəkələrdən göndərilən suallara cavab verərək aldıqları məhsulları endirimlə və ya tamamilə pulsuz əldə edə bilirlər. Bundan başqa, super suala cavab verən müştərilərimiz həm aldıqları məhsulları pulsuz, həm də “OBA” marketlər şəbəkəsindən müxtəlif ərzaq məhsullarını hədiyyə olaraq qazanırlar.

Tanınmış aparıcı Fərda Xudaverdiyevin iştirakı ilə keçirilən layihə bu həftədən etibarən başlayıb və həftə ərzində davam edəcək.

Qeyd edək ki, sözügedən layihə kifayət qədər marağa səbəb olub və müştərilər bu layihənin davamlı olmasını istəyirlər.

Xatırladaq ki, “Novruz sovqatı” layihəsi bayrama qədər davam edəcək.

“OBA” marketlər şəbəkəsi Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir.

“Novruz sovqatı” layihəsinin videosunu təqdim edirik:

Digər layihələr

2 Fevral- Azərbaycan Gəncləri Günüdür

"OBA” marketlər şəbəkəsi hər zaman təhsilə önəm verir. Veysəloğlu Şirkətlər Qrupunun təhsil siyasəti çərçivəsində “Təhsil yardımı” təlimatına əsasən “OBA” marketlər şəbəkəsi tələbə təqaüdü proqramı həyata keçirir.

Başlama tarixi:

02 Fevral 2021

Bitmə tarixi:

03 İyun 2021

Daha ətraflı

Günel Həsənzadə ilə bayram sovqatı

“OBA” marketlər şəbəkəsi “Novruz bayramı” ilə əlaqədar Pirallahı qəsəbəsində yaşayan ailələri ziyarət etmiş və onları bayram sovqatı ilə sevindirmişdir.

Başlama tarixi:

18 Mart 2021

Bitmə tarixi:

19 Mart 2021

Daha ətraflı