Tarix: 16 Avqust 2024

“OBA”da “Qadının gücü” layihəsi çərçivəsində yeni təlim keçirilib

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin “Qadının gücü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Təlim şəklində təşkil olunan tədbirdə “OBA” marketlər şəbəkəsinin 20-dən çox mentor admini iştirak edib.

Tədbirdə çıxış edən layihənin rəhbəri, “OBA” marketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsinin müdiri Aynur Qaraqurbanlı Azərbaycan qadınının bu gün istənilən sahədə ön sıralarda olduğunu göz önünə gətirərək layihənin məqsədlərindən söz açıb: “Təlimin məqsədi qadınların karyera həyatını dəstəkləməyi hədəfləyir, bu cür addımlarla qadın işləri barədə steriotipləri qırırıq. Bu məqsədlə mütəmadi olaraq Azərbaycanın bir neçə regionunda təlimlər keçir, şirkətimizdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi aparır, qadınların iş həyatına adaptasiyasını tamamilə dəstəkləyirik. Bu gün Azərbaycan qadını istər dövlət, istərsə də özəl qurumlarda rəhbər vəzifələrdə, ön sıralarda çalışır”.

Təlimdə qida mütəxəssisi Valeh Bağırov “Sağlam və güclü qadın”, “OBA” marketlər şəbəkəsinin Təlim və inkişaf şöbəsi təlim üzrə aparıcı mütəxəssis Əliağa Şahgəldiyev “Satış və merçendayzinq”, Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Rauf Rövşənov “Qida təhlükəsizliyi” mövzularında təlim keçiblər. “OBA” marketlər şəbəkəsinin bölgə müdirləri Dinarə Sadıqova və Günay Hacıyeva da öz uğur hekayələrini, eləcə də təcrübələrini bölüşərək təlimdə iştirak edən xanım əməkdaşlara çıxışları ilə dəstək olublar. Təlimdə iştirakçılar üçün hədiyyəli komanda quruculuğu oyunları keçirilib, iştirakçılara sertifikat və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin “Qadının gücü” layihəsi çərçivəsində həyata keçirilən təlim proqramı bütün Azərbaycanı əhatə edir.
Bir ildən artıqdır ki, “Fərqinə var” şüarını əsas tutan “Qadının gücü” layihəsi çərçivəsində bu zamana kimi işsiz qadınlara “OBA” əməkdaşları tərəfindən “Satış və merçendayzinq”, “Müştəri məmnuniyyəti” və “Korporativ yazışma qaydaları” mövzuları əsasında vaxtaşırı təlimlər təşkil edilib. Keçirilən təlimlər nəticəsində işsiz qadınlar satışla bağlı ilkin məlumatlara yiyələniblər. Eyni zamanda “OBA” marketlər şəbəkəsinin İnsan Resursları komandası tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib ki, bu da çoxsaylı qadınlara “OBA”da uyğun vakansiyalarda işləmək imkanı yaradıb. “Veysəloğlu” Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu sırada “OBA”nın “Qadının gücü” layihəsi böyük önəm kəsb edir.

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 9000-dən çox əməkdaşı ilə xalqa xidmət etməkdən qürur duyur.

https://fed.az/az/supermarket/obada-qadinin-gucu-layihesi-cercivesinde-yeni-telim-kecirilib-foto-vi%CC%87deo-207566

Digər xəbərlər

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb

Tarix:

23 Avqust 2024

Daha ətraflı

"OBA" kiçik və orta biznes subyektlərinə, istehsalçılara iqtisadi töhfəsini verməyə davam edir

Tarix:

01 Avqust 2024

Daha ətraflı