Tarix: 01 İyun 2022

“OBA” şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daha bir sosial layihə həyata keçirib.

“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində 50-dən çox şəhid və qazi övladı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Göyçək Fatma” tamaşasını izləyib. Tamaşa şən personajlar, əyləncəli ssenari və musiqiləri ilə uşaqlara bayram-əhval ruhiyyəsi bəxş edib.

“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Ceyhun Ağayev şəhid və qazi övladlarına diqqətə görə “OBA” marketlər şəbəkəsinə təşəkkür edib: “1 İyun - Uşaqların Beynəlxalq Hüquqlarının Müdafiəsi Günü münasibətilə “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı, maddi dəstəyi və “Qazilər” Vətən Müharibəsi İştirakçıları Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50-dən çox şəhid, qazi övladına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçirildi. Tədbiri keçirdiyi, təşkilatçılıq etdiyi və şəhid, qazi övladlarını bugünkü gündə tək qoymadıqları üçün İctimai Birliyimiz adından “OBA” marketə öz minnətdarlığımızı bildiririk”.

Tamaşadan sonra uşaqlara müxtəlif hədiyyələrdən ibarət bağlamalar təqdim edilib. Həmçinin, nağıl və cizgi film personajları teatıra dəvət edilib, onlar uşaqların vaxtlarının daha da maraqlı keçməsi üçün müxtəlif əyləncələr tərtib ediblər. Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin əziz xatirəsi yad edilib.

Şəhid və qazi ailələri tədbirin sonunda diqqət və qayğıya görə “OBA” marketlər şəbəkəsinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1110-dan çox filialı və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Elimizin hər yanı, “OBA”mızın ünvanı!

Digər xəbərlər

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Tarix:

18 Mart 2024

Daha ətraflı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı