Tarix: 20 Aprel 2023

“OBA” qonaq gedir...

Hər il müxtəlif sosial layihələr həyata keçirən “OBA” marketlər şəbəkəsi ““OBA” qonaq gedir” adlı yeni layihəyə start verib.

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” bu dəfə Bakının 7 rayonunda onlarla aztəminatlı ailənin evində qonaq olub, onlara Ramazan sovqatı çatdırıb.

Həmçinin, “OBA” nümayəndələri Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən şəhid xanımlarına verilən iftar süfrəsində iştirak edib və onlara Müqəddəs Ramazan münasibətilə bayram payı təqdim edib.

Marketlər şəbəkəsindən verilən məlumata görə, ““OBA” qonaq gedir” layihəsi il ərzində bir neçə dəfə həyata keçirilir və şəhid, qazi, aztəminatlı ailələr üçün nəzərdə tutulub.

“OBA” marketlər şəbəkəsi Müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər kəsə xoşbəxtlik və xeyir-bərəkət arzulayır.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.

Digər xəbərlər

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Tarix:

18 Mart 2024

Daha ətraflı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı