Martın 17-də Naxçıvan şəhərində aktiv məşğulluq tədbirlərinin davamı olaraq əmək yarmarkası keçirilib.
Qaynarinfo xəbər verir ki, yarmarkada 38 işəgötürən tərəfindən 350 vakansiya təqdim edilib. İşəgötürənlər arasında pərakəndə satış bazarından "OBA” marketlər şəbəkəsi iştirak edib. Şəbəkədən bildirilib ki, yaxın zamanda Naxçıvan şəhərində filiallarının açılması gözlənilir. Bu məqsədlə əmək yarmarkasında Naxçıvan əhalisi arasında işəqəbul qeydiyyatı aparılıb və uyğun namizədlərin dəyərləndiriləcəyi bildirilib.
Qeyd edək ki, "OBA” marketlər şəbəkəsi DMA tərəfindən keçirilən əmək yarmarkalarında ən aktiv özəl tərəfdaşlardan biridir. "OBA Market” MMC fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında da birinciliyə layiq görülüb.
https://qaynarinfo.az/