Tarix: 31 Dekabr 2021

“OBA” marketlər şəbəkəsi xalqımızı təbrik edir

“OBA” marketlər şəbəkəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.

Hər zaman müştərilərinə yüksək keyfiyyət və sərfəli qiymətlərlə xidmət göstərməyi əsas hədəf tutan yaxın qonşumuz “OBA” 2021-ci ildə bir çox uğura imza atıb.

İlin əvvəlində “OBA Market” mobil tətbiqini istifadəyə verən marketlər şəbəkəsi bununla müştərilərinə hər 10 AZN və üzəri alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazanmaq imkanı yaradıb.

Qonşuluq prinsipini üstün tutub, müştərilərini “Qonşu, xoş gəldin” deyə qarşılayan “OBA” geridə qoyduğumuz ildə çəkdiyi reklam çarxları ilə də fərqlənməyi bacarıb. Qurban bayramı ərəfəsində yayımlanan çarx qardaş ölkə Türkiyə mediasında da gündəm olub.

2021-ci il “OBA” üçün daha bir uğurla yadda qalıb. Belə ki, marketlər şəbəkəsi 1000-ci marketinin açılışını edərək Azərbaycan pərakəndə satış sektorunda ən çox marketə sahib olan ilk şəbəkə olub. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə marketlərini genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.