Tarix: 22 İyul 2022

“OBA” marketlər şəbəkəsi əmək yarmarkasında iştirak etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi iyulun 22-də Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən əmək yarmarkasında iştirak edib.

Ümumilikdə 30 müəssisənin iştirakı ilə baş tutan tədbirdə “OBA” marketlər şəbəkəsi tərəfindən işaxtaranlara uçot əməliyyatları üzrə mühasib, əmək haqqı üzrə mütəxəssis, sayıcı-hesablayıcı, bazar araşdırmacısı, satıcı-kassir kimi mövcud vakansiyalar təklif edilib. Həmçinin müraciət edənlərin peşə bacarığına uyğun işin tapılmasında köməklik göstərilməsi məqsədilə CV-lər toplanıb, vakant iş yerləri barədə geniş məlumat verilib və uyğun müraciətlər dəyərləndirilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Xatırladaq ki, “OBA” marketlər şəbəsində olan vakansiyaları xəbərdar olmaq üçün hr.oba.az saytını izləyə biləriniz.

Digər xəbərlər

"OBA"da SƏTƏM Günü qeyd edilib

Tarix:

16 Oktyabr 2024

Daha ətraflı

Sumqayıtda yeni işə qəbul mərkəzimiz artıq fəaliyyətə başladı!

Tarix:

10 Oktyabr 2024

Daha ətraflı

"OBA" marketlər şəbəkəsi "Xəyalların izində..."

Tarix:

15 Sentyabr 2024

Daha ətraflı