Tarix: 17 May 2024

“OBA Market” mobil tətbiqində 1 000 000 yükləmə!

Böyük qürur hissi ilə xəbər vermək istərdik ki, “OBA Market” mobil tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb.

Belə ki, bu tətbiq vasitəsilə istifadəçilər “OBA” marketlər şəbəkəsində mövcud olan endirim və kampaniyalardan dərhal xəbərdar olur, həmçinin hər alış-verişdə tətbiqdən istifadə zamanı balanslarına keşbəklər toplayaraq büdcəyə qənaət edirlər.

Qeyd edək ki, tətbiqi yükləyənlərin avantajı bununla da bitmir! "OBA" marketlər şəbəkəsi “Biş-düş” layihəsi çərçivəsində yurdumuzun hər obasında "OBA Market" mobil tətbiqi olan və aktiv şəkildə istifadə edən təsadüfi müştərilərə 100 AZN dəyərində hədiyyə kartları təqdim edir.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupunun bütün əməkdaşlarının “OBA” marketlərindən hər 10 AZN-lik alış-verişdə 5% keşbek qazanmaq imkanı var.

"OBA Market” mobil tətbiqini Android və iOS əməliyyat sistemlərindən yükləmək mümkündür. Müştərilər mobil tətbiqi “Google Play Store” və “Apple App Store”da axtarış xanasına "OBA Market” sözünü yazaraq yükləyə bilərlər.

https://qaynarinfo.az/az/oba-market-mobil-tetbiqi-rekord-qirdi-1-milyon-yuklenme

Digər xəbərlər

"OBA Market" MMC məşğulluğa verdiyi töhfəyə görə təltif edilib.

Tarix:

14 Fevral 2025

Daha ətraflı

Dünya markası “Haribo” “OBA” marketlər şəbəkəsini - TƏLTİF EDİB

Tarix:

07 Fevral 2025

Daha ətraflı

"OBA"nın 1500-cü ünvanı Naxçıvan oldu

Tarix:

02 Dekabr 2024

Daha ətraflı