Tarix: 28 Aprel 2023

“OBA” “Global HR SUMMIT 2023”ə tərəfdaş oldu

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarının rəsmiləri və sahibkar

Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri ilk dəfə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs ediblər.

Tədbir iştirakçıları layiqli əmək və ümumdünya insan resurslarının gücləndirilməsi, rəqəmsal insan resursları və süni intellekt, rəhbərlərin strateji insan resursları perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.

Tədbirdə "OBA” marketlər şəbəkəsinin stendi yerləşdirilib və şirkətin fəaliyyəti ilə bağlı qonaqlara məlumat verilib.

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur. Həmçinin, hər il çox sayda iş yeri açaraq yüzlərlə vətəndaşa iş imkanı yaradır.

https://qaynarinfo.az/

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı