Tarix: 16 Oktyabr 2024

"OBA"da SƏTƏM Günü qeyd edilib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market MMC"də SƏTƏM- Sağlamlığın, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi günü qeyd edilib.

Bu günün keçirilməsində məqsəd müəssisədə SƏTƏM mədəniyyətinin artırılması və struktur rəhbərlərinə, eləcə də əməkdaşlara bu istiqamətdə qanunvericiliyin tələbləri, hüquq, vəzifə borcu və məsuliyyətləri barədə məlumat verməkdir.

Təlimdə 92 nəfər iştirak edib. Əvvəlcə struktur rəhbərlərinə, bölgə müdiri və şöbə müdirlərinə SƏTƏM sahəsi üzrə marifləndirmə təlimi keçirilib, daha sonra təkliflər və şikayətlər dinlənilib. Nəzəri təlim yekunlaşdıqdan sonra təlim iştirakçıları ilə mağazalarda yoxlamalar aparılıb. Müəyyən olunmuş tapşırıqlar iş sahələrində həyata keçirilib və müvafiq qeydlər götürülüb.

Uyğunsuzluqların aradan qaldırılması üçün toplanan məlumatlar aidiyyəti strukturlara yönəldilib.

Təkcə mağazalarda deyil, həmçinin digər iş sahələrində də - Salyan, Mingəçevir Dağıtım Mərkəzlərində anbar və nəqliyyat şöbələrində SƏTƏM günü ilə əlaqədar tədbirlər keçirilib.

Bu günün keçirilməsində məqsəd işçilərimiz üçün sağlam, təhlükəsiz əmək şəraitinin yaradılması və SƏTƏM anlayışının artırılmasıdır.

https://oxu.az/digar/oba-da-setem-gunu-qeyd-edilib

Digər xəbərlər

“Şah” çayının zəngin dadını hiss et və avtomobil qazan - Yeni lotereya başladı

Tarix:

17 Noyabr 2025

Daha ətraflı

"OBA" marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək

Tarix:

12 Sentyabr 2025

Daha ətraflı

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

Tarix:

04 Sentyabr 2025

Daha ətraflı