Tarix: 15 Sentyabr 2022

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Şirkət təmsilçiləri 44 günlük Vətən müharibəsində şəhid olmuş 4 əməkdaşının ailəsindəki məktəbliləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, şirkət hər zaman şəhid əməkdaşlarının xatirəsini yad etməyə çalışır:

“44 günlük vətən müharibəsində “OBA” marketlər şəbəkəsinin 4 əməkdaşı da şəhidlik zirvəsinə ucalıb. Qəbələ, Beyləqan və Bakı ərazisində müxtəlif vəzifələrdə çalışan əməkdaşlarımız – Qara Nəsirov, Süleyman Bağırov, Tural Aslanov, Ümman Əmiraslanov ilk gündən vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar. Bu gün onların övladları, ailə üzvləri hər birimizə əmanətdir. Yeni tədris ilində əməkdaşlarımızın ailəsindəki məktəbliləri az da olsa sevindirməyə çalışdıq. Məktəblilərin hər birinə uğurlar arzulayırıq”.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin dəyərləri sırasında sosial məsuliyyət bəndi xüsusi yer tutur. Şirkət cəmiyyət və ətraf mühit üçün dəyər yaratmağa və dayanıqlı inkişafa dəstək olmağa çalışır.

https://apa.az

Digər xəbərlər

“OBA” marketlər şəbəkəsi ekoloji layihə keçirdi

Tarix:

30 Avqust 2022

Daha ətraflı

“OBA”da “Daha çox endirim, daha çox qənaət” kampaniyası başlayır

Tarix:

05 Avqust 2022

Daha ətraflı