Tarix: 29 Avqust 2023

“OBA” alıcıları 50 faizədək qənaət etdi!

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi bir-birindən fərqli endirim kampaniyaları ilə alıcılarını avqust ayında da sevindirib.

Ay ərzində gündəlik tələbat məhsullarına özəl “Daha çox qənaət”, “Qənaətli ailə səbəti”, “Büdcə dostu həftəsonu”, təmizlik məhsullarına özəl “Təmiz qənaət”, yeni tədris ilinin başlamasına özəl “Məktəbli geyimləri”, yeni açılan filiallara özəl “Qonşu gəlirik”, qızmar yay mövsümünə özəl “Endirimin sərini”, “Buz kimi endirimlər”, “Qənaətli piknik səbəti” kimi bir çox endirim kampaniyaları həyata keçirib.

Xüsusilə 17-30 avqust tarixlərini əhatə edən “Çox çeşid, çox qənaət” kampaniyası istehlakçıların xüsusi marağına səbəb olub. Belə ki, kamaniyadan yararlanan müştərilər yerli və dünya brendlərindən olan 150-dən çox məhsulu 50 faizədək endirimlə əldə ediblər.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.

https://fed.az

Digər xəbərlər

"OBA" marketlər şəbəkəsi "Xəyalların izində..."

Tarix:

15 Sentyabr 2024

Daha ətraflı

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb

Tarix:

23 Avqust 2024

Daha ətraflı

“OBA”da “Qadının gücü” layihəsi çərçivəsində yeni təlim keçirilib

Tarix:

16 Avqust 2024

Daha ətraflı