Tarix: 06 Mart 2023

“Oba” 7 yaşını “7 igid - 7 gözəl” ilə qeyd etdi

Martın 4-də Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə şən startlar əyləncəli estafet yarışları təşkil edib.

“7 igid - 7 gözəl adlı estafet yarışlarının təşkilatı işlərində Veysəloğlu Şirkətlər Qrupu, OBA marketlər şəbəkəsi və Xonça şirniyyat evi könüllü iştirak edib və yarışmaçılara öz hədiyyələrini çatdırıblar.

Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışlarda 8-14 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçirilən tədbirdə bütün uşaqlara sertifikatlar təqdim edilib.

Məlumat üçün qeyd edək ki, 7 igid - 7 gözəl estafet yarışına dəstək olan OBA Market MMC yaxın günlərdə fəaliyyətə başlamasının 7 illiyini qeyd edəcək. Şirkət bu yarışmaya dəstək olmaqla öz 7 yaşına da fərqli tərəfdən diqqət çəkib.

https://marja.az/

Digər xəbərlər

Lotereyada iştirak et, evini OBA ilə doldur!

Tarix:

01 Sentyabr 2025

Daha ətraflı

Vakansiyalar, hekayələr, iş həyatı bir platformada - OBA-dan yenilik

Tarix:

29 Avqust 2025

Daha ətraflı

“OBA” əməkdaşlarının sayı 10 min nəfərə çatdı

Tarix:

14 Avqust 2025

Daha ətraflı