Tarix: 10 Fevral 2022

Fevralın 12-də “OBA”nın “Şanslı qonşu” lotereyasının qalibləri seçiləcək

Müştərilərini müxtəlif endirim kampaniyaları ilə hər zaman sevindirən “OBA” marketlər şəbəkəsinin ilk dəfə keçirdiyi “Şanslı qonşu” lotereyasında qaliblərin seçiminə sayılı günlər qaldı.

Müştərilərini müxtəlif endirim kampaniyaları ilə hər zaman sevindirən “OBA” marketlər şəbəkəsinin ilk dəfə keçirdiyi “Şanslı qonşu” lotereyasında qaliblərin seçiminə sayılı günlər qaldı.

Lotereyada qaliblərin seçimi 12 fevral saat 19:00-da “Xəzər” televiziyasının canlı efirində yayımlanacaq. “OBA”nın 50 şanslı qonşusu bir-birindən dəyərli hədiyyələrə sahib olmaq imkanı əldə edəcəklər.

Lotereyanın qaliblərinin seçilməsi zamanı bütün lotereya uduş fondu üzrə bir lotereya nömrəsi yalnız bir dəfə qalib ola bilər. Lotereya nömrəsinin ikinci dəfə lototrondan təsadüfi seçilməsi zamanı uduşu nəzərə alınmayaraq növbəti təsadüfi seçim həyata keçiriləcək.

Qaliblərin məlumatlarının qəbulu müddəti uduş fondunun oynanıldığı tarixdən etibarən 7 iş günündən gec olmayaraq başlanılır və 90 iş günü ərzində davam edir.

Lotereyada qaliblərin seçimi 12 fevral saat 19:00-da “Xəzər” televiziyasının canlı efirində yayımlanacaq.
Uduş fondunun oynanılma ardıcıllığı:

-5 ədəd 500 AZN-lik hədiyyə kartı (OBA hədiyyə kartı),

-5 ədəd planşet,

-5 ədəd mobil telefon,

-5 ədəd paltaryuyan,

-5 ədəd televizor,

-5 ədəd kondisioner,

-5 ədəd qabyuyan,

-5 ədəd soyuducu,

-5 ədəd səyahət bilet Bakı-İstanbul-Bakı,

-5 ədəd Kia Rio 2021 sedan.

Xatırladaq ki, lotereyanın iştirak qaydalarına əsasən 18 yaşına çatmış hər kəs “OBA Market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyə bilib. Müştərilər hər 10 AZN-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Elimizin hər yanı, “OBA”mızın ünvanı!

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı