Tarix: 26 Mart 2025

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Zaman Art Gallery”də “Azad Xocalı: Kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirilib.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Zaman Art Gallery”də “Azad Xocalı: Kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sərgidə 5-15 yaş arası azyaşlı rəssamların müxtəlif texnikalarla yaratdıqları əsərlər nümayiş olunub.

Ümumilikdə 27 rəssamın 40-a yaxın rəsm əsəri sərgilənib.

Əsərlərdə 1992-ci il fevralın 26-da ömürlük yaddaşımıza soyqırımı kimi həkk olunmuş faciəvi günün izləri, Xocalının dünəni və Azərbaycan bayrağının dalğalandığı, yerli sakinlərin nəfəsi ilə isinən, ana qucağına qovuşan azad Xocalının bu günü təsvir olunub. Hər bir rəsmdə Xocalının keçmişində yaşanan dəhşətlərdən bu günün azad və güclü Xocalısına qədər olan müddətdəki dərin izlər və dəyişikliklər təsvir edilib.

Sərgidə “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, sərginin təşkilində xüsusi dəstək göstərən rəssam Aynur Sakitqızı, YUNESKO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Respublika və beynəlxalq müsabiqələr qalibi Nizar Məmmədov, Avropa Təbii Elmlər Akademiyasının irs bölməsinin direktoru, professor Solmaz Amanova, rəssam Mehriban Alışova çıxış ediblər.

Sərgidə iştirak edən azyaşlı rəssamlara “OBA” marketlər şəbəkəsi tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Xocalı azadlığına qovuşduqdan sonra orada fəaliyyətə başlayan ilk market məhz “OBA” olub. Hazırda Xocalıda “OBA” marketlər şəbəkəsi 2 filialı ilə sakinlərə məmnuniyyətlə xidmət göstərir.

https://qafqazinfo.az/news/detail/oba-azad-xocali-kicik-ellerden-boyuk-resmler-adli-sergi-kecirdi-video-fotolar-463006

Digər xəbərlər

Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

Tarix:

06 Mart 2026

Daha ətraflı

OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı

Tarix:

02 Mart 2026

Daha ətraflı

“OBA” FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib

Tarix:

13 Fevral 2026

Daha ətraflı