Tarix: 30 Oktyabr 2023

100-ə yaxın istehsalçının gəlirləri 2.5-3 dəfə böyüyüb

“Birbaşa ticarət partnyorluğu qurulan 100-ə yaxın istehsalçının gəlirləri 2.5-3 dəfə böyüyüb” – Natəvan İbrahimova

Dövlət Vergi Xidməti və AmCham-ın (Azərbaycandakı Amerika Ticarət Palatası) təşkilatçılığı ilə “Vergi şəffaflığı: Nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib.

Konfransda “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova da çıxış edib.

“Müasir pərakəndənin inkişafının vergi islahatlarının tətbiqində rolu” mövzusu ətrafında danışan şirkət rəhbəri çıxışında gündəlik tələbat məhsulları üzrə tədarük zəncirinin vacib halqası olan istehlakçıya birbaşa məhsulların təminatını həyata keçirən ümumi qida pərakəndəçiliyinin, xüsusilə də müasir şəbəkə marketçiliyinin inkişafının birbaşa və dolayı formada yaratdığı iqtisadi, sosial və vergi təsirlərindən bəhs edib.

Natəvan İbrahimova qeyd edib ki, son 3-4 il ərzində “OBA” marketlər şəbəkəsi və “Araz” supermarketlər şəbəkəsi ilə birbaşa ticarət partnyorluğu qurulan 100-ə yaxın istehsalçının gəlirləri 2.5-3 dəfə böyüyüb, 35-ə yaxın fermerin məhsuldarlığını 4-5 dəfə artıb.

"Biz son illər ərzində marketçilik sektorunda 10 minə yaxın yeni iş yerləri yaradaraq yüzlərlə ixtisasın formalaşmasını həyata keçirə bilmişik" - deyə şirkət rəhbəri son islahatların faydalarından danışıb.

Natəvan İbrahimova çıxışının sonunda bildirib ki, ortaq layihələrin müəyyən edilməsi ölkəmiz üçün məqsədəuyğun hesab oluna bilər: “Araşdırmalar nəticəsində təkliflər paketi hazırlaya bilərik ki, bu da öz növbəsində həm tədarük zəncirinin bütün halqalarının dayanıqlı inkişafına, həm də vergi islahatlarının şəbəkə marketlər vasitəçiliyi ilə tədarük zəncirinin digər bütün halqalarında tam tətbiqid nəticəsində növbəti səviyyə nəaliyyətlərə təməl yarada bilər”.

https://apa.az/

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı