22.12.2026
15 noyabr - 15 dekabr 2026-cı il tarix aralığında lotereyaya qoşulan hər kəs arasında oynanılacaq.Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi “OBA” Market rəsmi sosial media hesablarında canlı şəkildə yayımlanacaq. Hər birinizə uğurlar arzu edirik!
Mükafatlar
22.12.2026
15 noyabr - 15 dekabr 2026-cı il tarix aralığında lotereyaya qoşulan hər kəs arasında oynanılacaq.Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi “OBA” Market rəsmi sosial media hesablarında canlı şəkildə yayımlanacaq. Hər birinizə uğurlar arzu edirik!
OBA Əjdaha Uduş: mənzil və avtomobil qazanmaq şansı!
OBA 10 illik yubileyini böyük hədiyyələrlə qeyd edir! 15 noyabr – 15 dekabr 2026 tarixlərində keçirilən OBA Əjdaha Uduş lotereyası sənə gündəlik alış-verişlə mənzil, avtomobil və bonuslar qazanmaq fürsəti yaradır. Hər tam 10 AZN-lik alışa 1 lotereya şansı!
Möhtəşəm hədiyyələr səni gözləyir!
1 mənzil!
Masazırda yerləşən 68 m² sahəsi olan, təmirli, 2 otaqlı mənzil. Mənzil 9 mərtəbəli binanın 4-cü mərtəbəsindədir və çıxarışı var.
1 Changan UNI-Z avtomobili
2026-cı il istehsalı, 0 km, plug-in hibrid Changan UNI-Z SUV avtomobilinin sahibi olmaq şansını sına!
10 nəfərə 1 illik alış-veriş bonusu
Hər qalibə ümumilikdə 1 200 AZN-lik OBA Plus elektron bonus kartı! Bonusu yalnız OBA mağazalarında aylıq 100 AZN limitlə istifadə edə bilərsən. İstifadə etmədiyin aylıq qalıq növbəti aya keçir.
Lotereyada necə iştirak etməli?
-
OBA-da alış-veriş et. Bir alışda xərclədiyin hər tam 10 AZN sənə 1 şans qazandırır. Məsələn, 35 AZN = 3 şans.
-
Kassada OBA Plus-u oxut. Lotereya şansların avtomatik yaranacaq.
-
Oxutmağı unutmusan? Qəbzindəki ƏDV QR kodunu OBA Plus tətbiqində skan edərək şansını əldə et.
-
Şanslarını yoxla. Elektron biletlərini və onların nömrələrini tətbiqdəki şəxsi kabinetində gör.
Tiraj nə vaxt keçiriləcək?
22 dekabr 2026-cı ildə 12 qalib təsadüfi seçimlə müəyyən ediləcək. Tiraj OBA-nın Instagram və YouTube hesablarında canlı yayımlanacaq.
Nəticələr 5 iş günü ərzində rəsmi sosial şəbəkələrdə paylaşılacaq, qaliblərə isə SMS göndəriləcək.
Vacib iştirak şərtləri
Lotereyada yalnız 18 yaşını tamamlamış Azərbaycan vətəndaşları iştirak edə bilər.
OBA Plus profilində ad, soyad, ata adı və FİN şəxsiyyət vəsiqənə uyğun olmalıdır. Yanlış məlumat qalibiyyətinin etibarsız sayılmasına səbəb olur.
Alınan məhsullar tam və ya qismən qaytarılarsa, həmin alışa aid lotereya biletləri ləğv edilir.
Qalib olsan, tirajdan sonra 90 iş günü ərzində şəxsiyyət sənədin və elektron biletinlə Bakı şəhəri, 8 Noyabr prospekti 15 ünvanında yerləşən OBA Marketin baş ofisindən hədiyyəni təhvil ala bilərsən.
Lotereya detalları:
- Kampaniya müddəti
15 noyabr - 15 dekabr
- İştirak şərti
Hər 10 AZN-lik alışa 1 şans verilir.
- Qoşulma qaydası
Mobil tətbiqi alış zamanı oxutduqda avtomatik, oxutmadıqda mobil tətbiq və ya vebsayt üzərindən çekdəki ƏDV QR kodu skan edilərək.
- İstisnalar
Alkoqol, tütün məhsulları və şans oyunlarının alışı iştiraka daxil deyil.
- Tiraj tarixi
22 dekabr 2026
- Mükafatlar
10 nəfərə 1 illik OBA Plus bonusu (1200 AZN), 1 ədəd Changan UNI-Z 2026 avtomobili, 1 ədəd 2 otaqlı tam təmirli mənzil
- Ümumi qalib sayı
12
- Qaliblərin elanı
CANLI YAYIMda təsadüfi yolla seçilir və Oba Marketlərin sosial media hesablarında paylaşılır.