Başlama tarixi :

06 İyun 2025

Bitmə tarixi :

06 İyun 2025

Yardım çağırışına müsbət cavab verdik

Yardım çağırışına müsbət cavab verdik

Qurban bayramı ərəfəsində “Güvən” İctimai Birliyi aztəminatlı və əlilliyi olan ailələri təbrik etmək məqsədilə ərzaq qutularının hazırlanmasına dəstək olmaq üçün çağırış edib.

“OBA” marketlər şəbəkəsi olaraq bu çağırışa müsbət cavab verərək yardımlaşmağı özündə ehtiva edən Qurban bayramında “Güvən” İctimai Birliyi ilə birgə Cəlilabad rayonunda xeyriyyə layihəsi həyata keçirərək uşaqlara və ailələrə bayram sevinci bəxş etdik.

Layihə çərçivəsində ailələr və uşaqlarla yaddaqalan gün keçirilib. Ziyarət zamanı onlara müxtəlif oyuncaqlar, ailələrinə bayram sovqatları və müxtəlif hədiyyələr təqdim olunub.

Layihənin əsas məqsədi təkcə uşaqlara bayram sevincini yaşatmaq deyil, həm də onların həyatında unudulmaz, mənalı və xoş xatirələr yaratmaqdır. Həmçinin balacaların və valideynlərinin üzündə təbəssüm yaratmaq, onların Qurban bayramını sevinc dolu bir bayram kimi keçirmələrinə dəstək olmaqdır.

Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi olaraq həyata keçirdiyimiz bütün layihələrdə müştərilərinin məmnuniyyətini, onların sevincini əsas prinsip olaraq prioritet seçmişik. 1600-dən çox filialı ilə müştərilərinə xidmət göstərən marketlər şəbəkəsi hər bayram sosial məsuliyyət layihələri vasitəsilə sevinc və xoşbəxtliyi paylaşmağı ilə tanınır.

Digər layihələr

"OBA"nın güclü qadınlarından biri

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı 2020-ci ildən etibarən “OBA”da çalışan, hazırda mağaza müdiri olaraq fəaliyyətini davam etdirən Günay Əliyevadır.

Başlama tarixi:

11 İyul 2025

Bitmə tarixi:

11 İyul 2025

Daha ətraflı

8 ilin uğur hekayəsi

“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə satıcı-kassir olaraq başladığı “OBA”da “1 admin 2 mağaza” layihəsiylə həm Xutor 2 həm də Xutor 3 filiallarında mağaza müdiri olaraq çalışan Murad İbrahimbəylinin karyera yoluna nəzər salacağıq.

Başlama tarixi:

10 İyul 2025

Bitmə tarixi:

10 İyul 2025

Daha ətraflı

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı Sevda Əliyevadır.

O, 2021-cı ildə karyerasına “OBA”da başlamış, hazırda isə mağaza müdiri olaraq fəaliyyətini davam etdirir. O, karyerasında atdığı uğurlu addımlarla qadınlarımıza örnəkdir və peşəkarlığı ilə də hər kəsə nümunədir.

Başlama tarixi:

19 İyun 2025

Bitmə tarixi:

19 İyun 2025

Daha ətraflı