Başlama tarixi :

06 Avqust 2022

Bitmə tarixi :

07 Avqust 2022

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

İki gün davam edən turnirdə marketlər şəbəkəsindən 8 komanda iştirak edib. Yarışma başlamazdan öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

İki gün davam edən mübarizədə final oyunu qazilər tərəfindən böyük maraqla izlənilib.Çıxış edən “OBA” rəhbərliyi turnirdə iştirak etdikləri üçün qazilərimizə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, “OBA” marketlər şəbəkəsi olaraq bu turnirin təşkilindən və qazilərin orada iştirakından böyük qürur hissi duyulur.

Daha sonra qalib komandanın üzvləri qazilərimizə hədiyyələr təqdim edib və xatirə fotosu çəkdiriblər.

Digər layihələr

“Xəyalların izində...” bu dəfə Lənkəranda

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Xəyalların izində...” sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirməyə davam edir.

Başlama tarixi:

20 İyul 2023

Bitmə tarixi:

20 İyul 2023

Daha ətraflı

“OBA”da növbəti qanvermə aksiyası

“OBA” marketlər şəbəkəsində 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə növbəti qanvermə aksiyası keçirilib.

Başlama tarixi:

14 İyun 2023

Bitmə tarixi:

14 İyun 2023

Daha ətraflı

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Başlama tarixi:

15 Sentyabr 2022

Bitmə tarixi:

15 Sentyabr 2022

Daha ətraflı