Başlama tarixi :

30 Aprel 2022

Bitmə tarixi :

30 Aprel 2022

“Qonşudan Pay” layihəsi

“OBA” marketlər şəbəkəsi olaraq bu dəfə “Qonşudan pay” adlı Korporativ Sosial Məsuliyyət tədbiri həyata keçirdik.

Ramazan bayramı münasibətilə Bakının müxtəlif bölgələrində onlarla aztəminatlı ailənin evinə qonaq olub, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram payı təqdim etdik.

Hər il müxtəlif sosial layihələr icra edən “OBA” marketlər şəbəkəsi bu dəfə “Qonşudan pay” adlı Korporativ Sosial Məsuliyyət tədbiri həyata keçirib.

Hər zaman xalqına yaxın olmağa çalışan qonşu marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Bakının müxtəlif bölgələrində onlarla aztəminatlı ailənin evini ziyarət edib, onlara ərzaq məhsullarından ibarət bayram payı aparıb.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, layihənin məqsədi xalqımıza dəstək olmaq, qonşuluq və paylaşmaq dəyərlərinin əhəmiyyətini bir daha vurğulamaqdır: “Ramazan dostluq, həmrəylik, paylaşmaq ayıdır. “OBA” marketlər şəbəkəsi olaraq bu gözəl günlərdə xalqımızla həmrəy olmağa, bayram əhval-ruhiyyəsini paylaşmağa çalışdıq. Bu dəfə aztəminatlı ailələri sevindirmək üçün onlara ərzaq məhsullarından ibarət qonşu payı gətirdik. Bir daha Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, xalqımıza firavanlıq və əmin-amanlıq arzulayırıq”.

“OBA” marketlər şəbəkəsindən xeyriyyə layihələrinin davamlı olacağı bildirilib.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər layihələr

“Xəyalların izində...” bu dəfə Lənkəranda

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Xəyalların izində...” sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirməyə davam edir.

Başlama tarixi:

20 İyul 2023

Bitmə tarixi:

20 İyul 2023

Daha ətraflı

“OBA”da növbəti qanvermə aksiyası

“OBA” marketlər şəbəkəsində 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə növbəti qanvermə aksiyası keçirilib.

Başlama tarixi:

14 İyun 2023

Bitmə tarixi:

14 İyun 2023

Daha ətraflı

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Başlama tarixi:

15 Sentyabr 2022

Bitmə tarixi:

15 Sentyabr 2022

Daha ətraflı