Başlama tarixi :

30 Noyabr 2023

Bitmə tarixi :

30 Noyabr 2023

“OBA”nın “Təmiz məktəb” layihəsi bu dəfə Neftçalada!

Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Təmiz məktəb” layihəsinə davam edir.

Regionlarda və ucqar kəndlərdə yerləşən internat və kənd məktəblərində gigiyenik şəraitin daha da yaxşılaşdırılması məqsədilə start verilən layihənin növbəti ünvanı Neftçala rayonu olub.

“OBA” marketlər şəbəkəsinin əməkdaşları və layihəyə dəstək göstərən Güvən Xeyriyyə İctimai Birliyinin sədri Nigar Bayramlı Neftçala rayonunun M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasını ziyarət edib.

Bu layihədə də “OBA”ya xüsusi dəstəyi “ARAZ-L” zavodu verib. Belə ki, “OBA”nın şəxsi markaları olan “Lovbe” və “Klar” məhsullarının bir çox çeşidi gimnaziyaya hədiyyə olunub. Məlumat üçün qeyd edək ki, “OBA”dan əldə etdiyiniz “Lovbe” və “Klar” məhsullarının gəlirinin bir qismi “Təmiz məktəb” layihəsi üçün sərf ediləcək.

Qeyd edək ki, layihənin ilk ünvanı Göyçay rayonu olub.

https://qafqazinfo.az/

Digər layihələr

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı Sevda Əliyevadır.

O, 2021-cı ildə karyerasına “OBA”da başlamış, hazırda isə mağaza müdiri olaraq fəaliyyətini davam etdirir. O, karyerasında atdığı uğurlu addımlarla qadınlarımıza örnəkdir və peşəkarlığı ilə də hər kəsə nümunədir.

Başlama tarixi:

19 İyun 2025

Bitmə tarixi:

19 İyun 2025

Daha ətraflı

Keyfiyyətin Yol Xəritəsi - Hər gün dondurmaları

"Keyfiyyətin Yol Xəritəsi" layihəmizin bu buraxılışında şəxsi markamıza məxsus “Hər gün” dondurmalarının istehsal prosesini yaxından təqdim etdik.

Başlama tarixi:

16 İyun 2025

Bitmə tarixi:

16 İyun 2025

Daha ətraflı

Yardım çağırışına müsbət cavab verdik

Qurban bayramı ərəfəsində “Güvən” İctimai Birliyi aztəminatlı və əlilliyi olan ailələri təbrik etmək məqsədilə ərzaq qutularının hazırlanmasına dəstək olmaq üçün çağırış edib.

Başlama tarixi:

06 İyun 2025

Bitmə tarixi:

06 İyun 2025

Daha ətraflı