Başlama tarixi :

23 Sentyabr 2025

Bitmə tarixi :

23 Sentyabr 2025

“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır

“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır

“OBA” marketlər şəbəkəsi innovasiyanın və startapların inkişafına dəstək məqsədilə “SİD” (Startap, İnnovasiya və Dəstək) layihəsini təqdim edir.

Bu layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramıdır və daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. “SİD” layihəsi ideyaların ilkin mərhələdə dəstəklənərək böyüdülməsini özündə əks etdirir. Layihə “Sənin İdeyan Dəstəklənir” şüarı ilə yaradıcı təşəbbüslərin inkişafını təmin edir. Proqram daxilində “OBA” marketlər şəbəkəsinin əməliyyatlarını optimallaşdıracaq innovativ həllər hazırlanması nəzərdə tutulub. Eyni zamanda layihə Azərbaycan startap ekosisteminin inkişafına mühüm töhfə verir. Layihə iki əsas istiqaməti əhatə edir: Daxili proqram – OBA Intrapreneurship və Xarici proqram – İnnovativ Həllər Marafonu. Daxili proqramda şirkət əməkdaşları üçün nəzərdə tutulmuş bu istiqamət daxili ideyaların inkişafı və reallaşdırılması üçün platforma yaradır. Xarici proqram, yəni İnnovativ Həllər Marafonu şirkət xaricindən startap komandaları, mütəxəssislər və yaradıcı fərdlər üçün təşkil edilən açıq müsabiqədir. Burada real biznes problemlərinə tətbiq edilə bilən texnoloji və yaradıcı həllər təklif olunur. İştirakçılar öz layihələrini münsiflər qarşısında təqdim edir və ən yaxşı həllər mükafat qazanır.

Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar keçirilir. Layihənin əsas qiymətləndirmə kriteriyaları problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıqdır. Ümumilikdə 10,000 AZN məbləğində mükafat fondu nəzərdə tutulub. “SİD” layihəsi şirkətin innovasiya mədəniyyətini gücləndirir və əməkdaşların yaradıcı potensialını üzə çıxarır. Bu təşəbbüs “OBA” marketlər şəbəkəsini regionda innovasiya yönümlü biznes mərkəzinə çevirməyi hədəfləyir. Layihə həmçinin yeni tərəfdaşlıq və əməkdaşlıq imkanları yaradılmasında əhəmiyyətli rola malikdir.
Layihə ilə bağlı ətraflı məlumat üçün sayta keçid edə bilərsiniz: https://startup.oba.com.az/

Digər layihələr

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Başlama tarixi:

13 Fevral 2026

Bitmə tarixi:

13 Fevral 2026

Daha ətraflı

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Başlama tarixi:

05 Fevral 2026

Bitmə tarixi:

05 Fevral 2026

Daha ətraflı

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Başlama tarixi:

16 Yanvar 2026

Bitmə tarixi:

16 Yanvar 2026

Daha ətraflı