Başlama tarixi :

14 Oktyabr 2025

Bitmə tarixi :

14 Oktyabr 2025

OBA regionlarda alış-verişi bayrama çevirir: qonşularına hədiyyə qazandırır - Foto/Video

OBA regionlarda alış-verişi bayrama çevirir: qonşularına hədiyyə qazandırır - Foto/Video

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi regionlarda müştəriləri sevindirmək və alış-veriş təcrübəsini daha maraqlı etmək məqsədilə həyata keçirdiyi xüsusi lotereya kampaniyasını uğurla davam etdirir.

Kampaniya çərçivəsində üç tirajdan ibarət mərhələdə şanslı qaliblər seçilməyə davam edir. Regionlardakı “OBA” marketlərinin qarşısında təşkil edilən interaktiv oyunlarda iştirak edən müştərilər alış-veriş qəbzlərini şəffaf qutuya ataraq 10, 20, 30 və ya 50 AZN dəyərində hədiyyə kartları qazanmaq imkanı əldə edirlər.
Lotereya tədbirləri artıq Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Astara, Masallı, Şirvan, Salyanda uğurla təşkil olunub və müştərilər tərəfindən böyük maraqla qarşılanıb. Kampaniyada iştirak edən vətəndaşlar həm gündəlik alış-verişlərini həyata keçirir, həm də əlavə hədiyyələr qazanmaq imkanı əldə edirlər. 8 regionda 100-ə yaxın qonşumuz müxtəlif məbləğli hədiyyələr qazanıb.
Layihənin əsas məqsədi yalnız müştəriləri mükafatlandırmaq deyil, eyni zamanda regionlarda “OBA” marketlərinin sosial məsuliyyətini nümayiş etdirmək, qonşularımızla daha yaxın əlaqələr qurmaq, onları sevindirmək və qonşuluq dəyərlərini gücləndirməkdir.
Kampaniyanın növbəti mərhələsində lotereya tədbirləri həm də Qəbələ, İsmayıllı, Quba, Qusar, Xaçmazda keçiriləcək.

“OBA” marketlər şəbəkəsi bütün region sakinlərini öz sevimli mağazalarına dəvət edir. Burada onlar təkcə keyfiyyətli məhsullar əldə etməyəcək, həm də hədiyyə qazanmaq fürsətindən yararlana biləcəklər.
2016-cı ildən fəaliyyət göstərən "OBA Market” MMC hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.

Digər layihələr

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Başlama tarixi:

13 Fevral 2026

Bitmə tarixi:

13 Fevral 2026

Daha ətraflı

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Başlama tarixi:

05 Fevral 2026

Bitmə tarixi:

05 Fevral 2026

Daha ətraflı

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Başlama tarixi:

16 Yanvar 2026

Bitmə tarixi:

16 Yanvar 2026

Daha ətraflı