Başlama tarixi :

21 Mart 2024

Bitmə tarixi :

21 Mart 2024

“OBA” bu bayram da sevindirdi

“OBA” marketlər şəbəkəsi Şirvan şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib.

“OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Hər Obada Bayramdır” layihəsi çərçivəsində keçirilən tədbir “Güvən” Xeyriyyə İctimai Birliyi və Şirvan şəhər “Gənclər Evi”nin dəstəyi ilə baş tutub.

“Dünyanı gözəlləşdirən bizim fərqimizdir” şüarı ilə 30-dan çox balacanın iştirak etdiyi bahar şənliyində əyləncəli oyunlar, milli şou-proqramlar uşaqlara əsl bayram abu-havası yaşadıb.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi tərəfindən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində mütəmadi olaraq Azərbaycanın müxtəlif regionlarında yaşayan sağlamlıq məhdudiyyətli uşaqlar üçün bu tipli şənliklər təşkil edilir.

Bu dəfə isə məqsəd 21 mart tarixinin Novruz bayramı ilə yanaşı, həm də Beynəlxalq Daun Sindromu Günü olduğuna diqqət çəkmək və ictimaiyyətdə həssasiyyət yaratmaq olub.

Marketlər şəbəkəsi layihəni ilboyu xüsusi əhəmiyyətli bayramlarda davam etdirəcəyini bildirilib.

https://fed.az/

Digər layihələr

OBA aztəminatlı ailələrə ərzaq yardımı etdi

Xalqın yaxın qonşusu olan “OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə “OBA qonaq gedir” sosial layihəsi çərçivəsində Sumqayıtda yaşayan aztəminatlı ailələrə ərzaq qutuları paylayıb.

Başlama tarixi:

08 Aprel 2024

Bitmə tarixi:

08 Aprel 2024

Daha ətraflı

“OBA” marketlər “Şanslı dəqiqə”lərlə sevindirir

16 - 21 mart tarixlərində, Azərbaycanımızın hər bölgəsi bayram əhvalına bürünsün deyə bütün regionlarda olan “OBA” marketlərdə hər dəqiqə alış-veriş edən bir nəfər təsadüfi yolla qalib seçiləcək. Məbləğindən asılı olmayaraq təsadüfi seçilən qaliblərin alış-verişi onlara “OBA” tərəfindən hədiyyə olunacaq.

Başlama tarixi:

16 Mart 2024

Bitmə tarixi:

21 Mart 2024

Daha ətraflı