Başlama tarixi :

08 Aprel 2024

Bitmə tarixi :

08 Aprel 2024

OBA aztəminatlı ailələrə ərzaq yardımı etdi

Xalqın yaxın qonşusu olan "OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə "Hər obada bayramdır” sosial layihəsi çərçivəsində Sumqayıtda yaşayan aztəminatlı ailələri sevindirdi.

Belə ki, sözügedən yardım aksiyası Güvən İctimai Birliyinin dəstəyi ilə Sumqayıt Gənclər Evinin nəzdində fəaliyyət göstərən Sumqayıt Qadın Resurs mərkəzinin himayəsində olan qadın və uşaqlar üçün həyata keçirilib. Aksiya çərçivəsində ailələrə gündəlik tələbat məhsullarından ibarət "Ramazan sovqatı” təqdim olunmasından əlavə, uşaqların xoş vaxt keçirməsi üçün hədiyyəli əyləncə proqramı təşkil olunub.

"OBA” marketlər şəbəkəsi illik sosial layihələri çərçivəsində bu tipli yardım kampaniyalarını mütəmadi olaraq paytaxt və regionlarda təşkil edir. Xatırladaq ki, bundan öncəki sosial layihə 2024-cü ilin mart ayında Beynəlxalq Daun Sindromu Günü münasibətilə Şirvan şəhərində həyata keçirilib.

https://qaynarinfo.az

Digər layihələr

“OBA” bu bayram da sevindirdi

“OBA” marketlər şəbəkəsi Şirvan şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib.

Başlama tarixi:

21 Mart 2024

Bitmə tarixi:

21 Mart 2024

Daha ətraflı

“OBA” marketlər “Şanslı dəqiqə”lərlə sevindirir

16 - 21 mart tarixlərində, Azərbaycanımızın hər bölgəsi bayram əhvalına bürünsün deyə bütün regionlarda olan “OBA” marketlərdə hər dəqiqə alış-veriş edən bir nəfər təsadüfi yolla qalib seçiləcək. Məbləğindən asılı olmayaraq təsadüfi seçilən qaliblərin alış-verişi onlara “OBA” tərəfindən hədiyyə olunacaq.

Başlama tarixi:

16 Mart 2024

Bitmə tarixi:

21 Mart 2024

Daha ətraflı