Başlama tarixi :

08 Aprel 2024

Bitmə tarixi :

08 Aprel 2024

OBA aztəminatlı ailələrə ərzaq yardımı etdi

Xalqın yaxın qonşusu olan "OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə "Hər obada bayramdır” sosial layihəsi çərçivəsində Sumqayıtda yaşayan aztəminatlı ailələri sevindirdi.

Belə ki, sözügedən yardım aksiyası Güvən İctimai Birliyinin dəstəyi ilə Sumqayıt Gənclər Evinin nəzdində fəaliyyət göstərən Sumqayıt Qadın Resurs mərkəzinin himayəsində olan qadın və uşaqlar üçün həyata keçirilib. Aksiya çərçivəsində ailələrə gündəlik tələbat məhsullarından ibarət "Ramazan sovqatı” təqdim olunmasından əlavə, uşaqların xoş vaxt keçirməsi üçün hədiyyəli əyləncə proqramı təşkil olunub.

"OBA” marketlər şəbəkəsi illik sosial layihələri çərçivəsində bu tipli yardım kampaniyalarını mütəmadi olaraq paytaxt və regionlarda təşkil edir. Xatırladaq ki, bundan öncəki sosial layihə 2024-cü ilin mart ayında Beynəlxalq Daun Sindromu Günü münasibətilə Şirvan şəhərində həyata keçirilib.

https://qaynarinfo.az

Digər layihələr

1-28 Fevral tarixlərində OBA Market mobil tətbiqi ilə Bol Keşbek qazan!

Mobil Tətbiqi skan edərək alış-verişlərinin ümumi məbləği: 100 AZN-i keçərsə – 2% keşbek 200 AZN-i keçərsə – 3% keşbek 300-500 AZN aralığında olarsa – 5% keşbek əldə edin!

Başlama tarixi:

01 Fevral 2025

Bitmə tarixi:

28 Fevral 2025

Daha ətraflı

Yubileyini "OBA"da qeyd edən Yavər Bayramov!

Bu gün “OBA” marketlər şəbəkəsinin Təmir-tikinti şöbəsinin müdiri Yavər Bayramov Veysəloğlu Şirkətlər Qrupunda 30-cu, həyatında 60-cı ilini qeyd edir.

Başlama tarixi:

14 Fevral 2025

Bitmə tarixi:

14 Fevral 2025

Daha ətraflı

Biş-Düş Suraxanıda!

Bu dəfə “Biş-düş” komandası Suraxanıda sakinlərini sevindirmək üçün yola düşüb. “OBA” marketlərindən etdiyi alış-veriş qəbzini təqdim edən, yaxud mobil tətbiqindən istifadə edənlər 100 AZN-lik hədiyyə kartları qazanıblar.

Başlama tarixi:

13 Fevral 2025

Bitmə tarixi:

13 Fevral 2025

Daha ətraflı