Pizza poğaça

Hazırlanma qaydası: Maya, şəkər və ilıq süd uyğun bir qaba əlavə edilir. Maya əriyənə qədər qarışdırılır. Ardından yumurtanın ağı, duz və duru yağ əlavə edilir. Un az miqdarlarda əlavə edilib yumşaq xəmir halını alana qədər yoğrulur. Xəmir 1 saat mayalanmağa qoyulur. Mayalanmış xəmir yüngülcə yoğrulur və 12 ədəd hissəyə bölünüb yuvarlanır. Bir siniyə bişirmə kağızı sərilir və hazırladığımız hissələr yerləşdirilir, 15-20 dəqiqə üzəri təmiz bir bezlə örtülür və mayalanmağa qoyulur. Hazırladığımız topların ortasına barmaqla çuxur açırıq və içərisinə kolbasa, pendir, pomidor, bibər və zeytun doldururuq. Xəmirin kənarına yumurtanın sarısı sürülür, öncədən qızdırılmış 185 dərəcə sobada üzəri qızarana (təqribən 20 dəqiqə) qədər bişirilir. Nuş olsun!

1 saat 45 dəqiqə

Ингредиенты:

İlıq süd
1 stəkan
Su
1 stəkan
Bitki yağı
Yarım stəkan
Yumurta ağı
1 ədəd
Maya
1 paket
Şəkər tozu
1 çay qaşığı
Duz
1.5 çay qaşığı
Doğranmış Kaşar pendiri
1 kasa
Doğranmış Cherry pomidor
8-9 ədəd
Yaşıl bibər
2 ədəd
Sosiska
4 ədəd
Yaşıl zeytun
2 xörək qaşığı
Yumurta sarısı
1 ədəd
Un
3-3.5 stəkan