Duzlu keks
Duzlu keks
Hazırlanma qaydası: Qırmızı bibər kiçik kublar şəklində doğranılır. Zeytunlar, şüyüd və keşniş incə-incə doğranılır və pendir ovalanır. Yumurta, şəkər və duz mikserlə köpüklənənə qədər qarışdırılır. Duru yağ və qatıq əlavə edilir və mikserlə qarışdırılmağa davam edilir. Buğda unu, qarğıdalı unu, daha sonra isə bibər, zeytun və göyərtilər əlavə edilir, spatula ilə keks xəmiri qarışdırılır. Keksi bişirəcəyimiz qab yağlanır, qarışım qaba əlavə edilir və üzərinə küncüt səpilir. Öncədən isidilmiş 170 dərəcə sobada (alt-üst rejimdə) 55 dəqiqə bişirilir. Nəzərdə saxlayın ki, bu müddət hər soba üçün fərqli ola bilər, bu səbəbdən 45 dəqiqə sonra keksin bişməsinə nəzarət edin. Keksi sobadan çıxarandan sonra soyumasını gözləmək lazımdır. Daha sonra dilimlənir və servisə hazır edilir.