Дата: 27 Июня 2023

​“OBA” şahmatçılara dəstək oldu

Sumqayıt şəhərində şahmat məsələlərinin həlli üzrə 42-ci Azərbaycan çempionatı keçirilib.

Çempionat Beynəlxaq Şahmat Bəstəçiliyi Federasiyası Dünya kubokunun bir mərhələsidir.

Sumqayıt Şahmat Məktəbində baş tutan çempionatın dəstəkçiləri sırasında yaxın və qənaətli qonşu konsepsiyası Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi də yer alıb.

Qələbə uğrunda​ 33​ ​şahmatçı mübarizəyə qatılıb. ​Qaliblərə kubok, pul mükafatları, medallar, fəxri fərmanlar və "OBA”​ marketlər şəbəkəsinin hədiyyələri təqdim olunub.

Tədbirin su təminatını öz üzərinə götürən Veysəloğlu Şirkətlər Qrupuna, "OBA" marketlər şəbəkəsinə və "Saf bulaq" su markasına xüsusi təşəkkür edilib.

Həlletmə komandası 2-9 sentyabrda Gürcüstanın Batumi​ şəhərində ​ keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveçrədə dünya çempionatında və 2016-cı ildə Yunanıstanda ​ Avropa çempionatında gümüş medal qazanıb.

https://qaynarinfo.az/

Другие новости

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Дата:

18 Марта 2024

Подробнее

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Дата:

22 Февраля 2024

Подробнее

Xankəndinin ilk marketi “OBA” oldu!

Дата:

20 Декабря 2023

Подробнее