Дата: 30 Августа 2022

“OBA” marketlər şəbəkəsi ekoloji layihə keçirdi

“OBA” marketlər şəbəkəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Zirə qəsəbəsi sahillərinə yaxın ərazilər plastik və digər tullantılardan təmizlənib.

“Təmiz dünya, sağlam həyat” şüarı altında keçirilən iməclikdə “OBA” könüllülərindən ibarət komanda çalışıb.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, tədbirin keçirilməsində məqsəd sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır:

Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri plastik qablaşdırma tullantılarıdır. “OBA” marketlər şəbəkəsi olaraq “Təmiz dünya, sağlam həyat” şüarı altında Zirə qəsəbəsi sahillərini plastik və digər tullantılardan təmizləməyə çalışdıq. Daha təmiz dünyaya doğru ekologiyamıza töhfə verməkdən qürur duyuruq”.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin dəyərləri sırasında sosial məsuliyyət bəndi xüsusi yer tutur. Şirkət cəmiyyət və ətraf mühit üçün dəyər yaratmağa və dayanıqlı inkişafa dəstək olmağa çalışır.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

https://apa.az/az

Другие новости

Qonşuda payız fürsətləri ATV xəbərdə

Дата:

25 Октрября 2024

Подробнее

"OBA"da SƏTƏM Günü qeyd edilib

Дата:

16 Октрября 2024

Подробнее

Sumqayıtda yeni işə qəbul mərkəzimiz artıq fəaliyyətə başladı!

Дата:

10 Октрября 2024

Подробнее