Дата: 18 Сентярбря 2023

“OBA” həssas qrupların işlə təminatında xüsusi rol oynayır – STATİSTİKA

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi işə düzəlməkdə çətinlik çəkən həssas qruplarlarla əməkdaşlıq istiqamətindəki işlərinə davam edir.

“OBA” 2023-cü ilin ötən 8 ayında həssas qruplara daxil olan 91 vətəndaşın işlə təmin edib. Onlar arasında 27 nəfər əlillik dərəcəsi olan şəxs yer alıb.

Həssas qruplara daxil olan vətəndaşlar “OBA Market” MMC-nin müxtəlif strukturlarına aid vakansiyalar üzrə işlə təmin olunublar.

Sosial məsuliyyət layihələrinin miqyasını genişləndirməyi hədəfləyən "OBA” bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb.

Razılaşmaya əsasən, iki qurum arasında qarşılıqlı maraq kəsb edən layihələr, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.

Onu da qeyd edək ki, ötən il "OBA Market” MMC Məşğulluq Agentliyi tərəfindən "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə mükafata layiq görülüb.

https://azertag.az/

Другие новости

Qonşuda payız fürsətləri ATV xəbərdə

Дата:

25 Октрября 2024

Подробнее

"OBA"da SƏTƏM Günü qeyd edilib

Дата:

16 Октрября 2024

Подробнее

Sumqayıtda yeni işə qəbul mərkəzimiz artıq fəaliyyətə başladı!

Дата:

10 Октрября 2024

Подробнее