Дата: 23 Мая 2023

“OBA” Çiyələk festivalında

Yaxın və qənaətli qonşunuz “OBA” marketlər şəbəkəsi mayın 20-də Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabadda keçirilən II Çiyələk festivalında iştirak edib.

Heydər Əliyev Seyrəngahında baş tutan festivalda müxtəlif çiyələk sortları nümayiş olunub.

Ölkənin müxtəlif regionlarından qonaqların iştirak etdiyi festivalda “OBA” marketlər şəbəkəsinin stendi də nümayiş olunub. Maraqlı və əyləncəli yarışmalar keçirən şirkət festival qonaqları tərəfindən maraqla qarşılanıb.

Həmçinin, festivala qatılan uşaqlara yerli brendimiz olan “Ecojoy wood toys” markasının hədiyyələri təqdim edilib.

Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi 6 mindən çox əməkdaşı ilə vətəndaşlara xidmət göstərməkdən qürur duyur. Şirkət həmçinin, sosial məsuliyyət layihələrində yaxından iştirak edərək cəmiyyətimizə töhfə verməyə çalışır.

https://fed.az/

Другие новости

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Дата:

18 Марта 2024

Подробнее

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Дата:

22 Февраля 2024

Подробнее

Xankəndinin ilk marketi “OBA” oldu!

Дата:

20 Декабря 2023

Подробнее