Дата начало:

12 Сентярбря 2023

Дата завершение:

12 Сентярбря 2023

Üç regionda onlarla qadına satış təlimi keçirildi – “Qadının gücü”

Veysəloğlu Şirkətlər Qrupu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) əməkdaşlığı çərçivəsində Bakıda və regionlarda yaşayan onlarla işsiz qadın üçün satış təlimləri keçirilib.

“OBA” marketlər şəbəkəsinin “Qadının gücü” layihəsi çərçivəsində həyata keçirilən təlim proqramı Bakının Xəzər rayonunda, Qusar və Sabirabadda baş tutub.

İşsiz qadınlara “OBA” əməkdaşları tərəfindən “Satış və merçendayzinq”, “Müştəri məmnuniyyəti” və “Korporativ yazışma qaydaları” mövzuları əsasında təlimlər keçirilib.

Keçirilən təlimlər nəticəsində işsiz qadınlar satışla bağlı ilkin məlumatlara yiyələniblər. Daha sonra “OBA” marketlər şəbəkəsinin İnsan Resursları komandası tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib. Təlimlərdə iştirak edən qadınlardan bir çoxu “OBA”da uyğun vakansiyalarda çalışmaq üçün müraciət ediblər.

Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu sırada “OBA”nın “Qadının gücü” layihəsi böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir.

https://azertag.az/

Другие проекты

“QONŞUDA NOVRUZ ŞƏNLİYİ” KÜRDƏMİRDƏ

"OBA" Marketlər olaraq bayramı qonşularımıza daha da gözəl etmək üçün Kürdəmirə yola çıxdıq. Burada müxtəlif əyləncəli oyunlar təşkil edərək qonşularımıza hədiyyə kartları qazandırdıq.

Дата начала:

07 Марта 2025

Дата окончания:

07 Марта 2025

Подробнее

“QONŞUDA NOVRUZ ŞƏNLİYİ” SUMQAYITDA

"OBA" Marketlər olaraq bayramı daha rəngarəng etmək üçün qonşularımıza təbriklərimizi çatdırmağa başladıq! İlk istiqamətimizi Sumqayıt oldu.

Дата начала:

06 Марта 2025

Дата окончания:

06 Марта 2025

Подробнее

1-28 Fevral tarixlərində OBA Market mobil tətbiqi ilə Bol Keşbek qazan!

Mobil Tətbiqi skan edərək alış-verişlərinin ümumi məbləği: 100 AZN-i keçərsə – 2% keşbek 200 AZN-i keçərsə – 3% keşbek 300-500 AZN aralığında olarsa – 5% keşbek əldə edin!

Дата начала:

01 Февраля 2025

Дата окончания:

28 Февраля 2025

Подробнее