Дата начало:

01 Декабря 2025

Дата завершение:

31 Декабря 2025

“OBA” marketlər şəbəkəsi Yeni il münasibətilə “Nağıl kimi günlər” lotereyasına start verdi

“OBA” marketlər şəbəkəsi Yeni il münasibətilə “Nağıl kimi günlər” lotereyasına start verdi

“OBA” marketlər şəbəkəsi 1–31 dekabr tarixlərini əhatə edən “Nağıl kimi günlər” adlı Yeni il lotereyasına başlayıb. Kampaniya çərçivəsində müştərilər gündəlik, həftəlik və böyük tiraj üzrə müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.“OBA marketlər şəbəkəsi bu günə qədər keçirdiyi lotereyalarda müştərilərinə həm mənzil, həm də avtomobil hədiyyə etməsi ilə ölkədə ən çox qalib sevindirən pərakəndə şəbəkələrdən biri kimi tanınır. “Nağıl kimi günlər” lotereyası da həmin ənənənin davamı olaraq hazırlanıb.

Lotereyada iştirak qaydası olduqca sadədir: OBA marketlərindən edilən hər 10 AZN-lik alış-veriş müştəriyə 1 şans qazandırır. Məbləğ artdıqca şans sayı da artır. Məsələn, 40 AZN-lik alış 4 şans, 65 AZN-lik alış isə 6 şans qazandırır.

Tirajlar üzrə hədiyyələr

Gündəlik tiraj

– 1 nəfərə 100 AZN-lik OBA bonus kartı

– 2 nəfərə 50 AZN-lik OBA bonus kartı

Həftəlik tiraj

– Hər həftə 1 qalib — iPhone 17 Pro

Böyük tiraj

– 1 qalib — 2025-ci il Changan Qiyuan Q05 avtomobili

Lotereya ümumilikdə 8 tirajdan ibarətdir. Tirajlar aşağıdakı tarixlərdə keçiriləcək:

05.12.2025, 08.12.2025, 11.12.2025, 16.12.2025, 19.12.2025, 23.12.2025, 26.12.2025 və 07.01.2026.

Ümumi hədiyyə fondu

– 31 ədəd 100 AZN-lik OBA bonusu

– 62 ədəd 50 AZN-lik OBA bonusu

– 4 ədəd iPhone 17 Pro

– 1 ədəd Changan Q05 avtomobili

Qeyd edək ki, lotereyada iştirak etmək istəyən şəxslər “OBA” marketlərində minimum 10 AZN-lik alış-veriş etməli və kassada ödəniş zamanı OBA Plus mobil tətbiqini oxutmalıdırlar. Bu halda şans avtomatik hesablanır.

Həmçinin müştərilər qəbzdəki ƏDV QR kodunu və ya fiskal kodu tətbiqdaxili “Lotereya” bölməsində daxil etməklə də şans əldə edə bilərlər.

OBA mobil tətbiqindən istifadə etməyən şəxslər https://lotoreya.oba.com.az

ünvanında qeydiyyatdan keçərək qəbzdəki kodu skan etməklə lotereyaya qoşula bilərlər.

Lotereyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Spirtli içkilər, tütün məmulatları və şans oyunları alış-veriş məbləğinə daxil edilmir. Bu məhsullar çıxıldıqdan sonra məbləğ 10 AZN və üzəridirsə, müştəri lotereya şansı qazana bilər.

Другие проекты

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Дата начала:

13 Февраля 2026

Дата окончания:

13 Февраля 2026

Подробнее

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Дата начала:

05 Февраля 2026

Дата окончания:

05 Февраля 2026

Подробнее

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Дата начала:

16 Января 2026

Дата окончания:

16 Января 2026

Подробнее