Дата начало:

15 Сентярбря 2022

Дата завершение:

15 Сентярбря 2022

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Şirkət təmsilçiləri 44 günlük Vətən müharibəsində şəhid olmuş 4 əməkdaşının ailəsindəki məktəbliləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, şirkət hər zaman şəhid əməkdaşlarının xatirəsini yad etməyə çalışır:

“44 günlük vətən müharibəsində “OBA” marketlər şəbəkəsinin 4 əməkdaşı da şəhidlik zirvəsinə ucalıb. Qəbələ, Beyləqan və Bakı ərazisində müxtəlif vəzifələrdə çalışan əməkdaşlarımız – Qara Nəsirov, Süleyman Bağırov, Tural Aslanov, Ümman Əmiraslanov ilk gündən vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar. Bu gün onların övladları, ailə üzvləri hər birimizə əmanətdir. Yeni tədris ilində əməkdaşlarımızın ailəsindəki məktəbliləri az da olsa sevindirməyə çalışdıq. Məktəblilərin hər birinə uğurlar arzulayırıq”.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin dəyərləri sırasında sosial məsuliyyət bəndi xüsusi yer tutur. Şirkət cəmiyyət və ətraf mühit üçün dəyər yaratmağa və dayanıqlı inkişafa dəstək olmağa çalışır.

Другие проекты

Qonşuda qənaətli günlər

16 - 29 yanvar tarixlərində bütün "OBA" marketlərdə 150+ məhsulda böyük endirimlər sizi gözləyir!

Дата начала:

16 Января 2025

Дата окончания:

29 Января 2025

Подробнее

Əməkdar artist Dilarə Əliyeva “OBA”nın siması oldu!

Azərbaycanın Əməkdar artisti, sevilən aktrisa Dilarə Əliyeva "OBA" marketlər şəbəkəsinin siması seçilib.

Дата начала:

15 Января 2025

Дата окончания:

15 Января 2025

Подробнее

2018-ci ildən başlayan hekayə..

Müasir Azərbaycan qadını təhsil, iş, sosial münasibətlər və ailə həyatının mükəmməl və əskiksiz vəhdətini yaşamaqla dünya qadınlarına hər mənada örnəkdir.

Дата начала:

14 Января 2025

Дата окончания:

14 Января 2025

Подробнее