Дата начало:

01 Сентярбря 2025

Дата завершение:

30 Октрября 2025

20 manatlıq alış-veriş və böyük şans – “OBA” lotereyasının ilk tirajının qalibləri müəyyənləşdi

20 manatlıq alış-veriş və böyük şans – “OBA” lotereyasının ilk tirajının qalibləri müəyyənləşdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkil etdiyi “Evini OBA ilə doldur!” lotereyasının ilk tirajı uğurla başa çatıb.

1–20 sentyabr tarixlərini əhatə edən mərhələnin nəticələri 25 sentyabr tarixində elan olunub və qaliblərin adları OBA-nın rəsmi sosial media hesablarında canlı yayımla açıqlanıb.
Müştərilər yalnız 20 AZN və üzəri alış-veriş etməklə yumşaq mebel dəsti, iPhone 16 e, iPad, soyuducu, televizor, məişət texnikası və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə ediblər.
Təsadüfi seçimin nəticəsində Goranboy rayonundan Aqşin Bağırov və Şəmkir rayonundan Bəhruz Ələkbərov Bosch ətçəkən, Bakı şəhəri Keşlə qəsəbəsindən Təranə Zamanova və Ağdamdan Səidə Kərimova Goranje mətbəx robotu, Qazaxdan Vəfa Mustafayeva, Sulutəpədən Aynurə Xudiyeva, Yeni Yasamaldan Solmaz Cəfərova LG televizor, İmişlidən Səbinə İbişzadə BEKO soyuducu, Bakı şəhərindən Yeni Yasamaldan Zeynəb Sadıxova BEKO paltaryuyan, Bakı şəhərindən Şəhruz Musazadə BEKO qabyuyan, Samuxdan Lamiyə Həsənova və Ağstafadan Ləman Məmmədova Lena yumşaq mebel dəsti qazanıblar.

Qaliblərin seçimi tam şəffaflıqla həyata keçirilib. Bu mərhələdə münsiflər heyətində Əməkdar artist Dilarə Əliyeva, APA İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin redaktoru Nigar Abbasova, teleaparıcı, jurnalist Günay Novruzqızı, radio aparıcısı Rüfət Nadirli və Operativ Media xəbər saytının müxbiri Şəfa Hüseynli təmsil olunublar.

Qeyd olunub ki, ümumilikdə lotereya çərçivəsində 38 hədiyyə təqdim olunacaq.
Lotereyanın növbəti mərhələləri davam edir:
İkinci tiraj – alış-veriş müddəti 21 sentyabr – 10 oktyabr; qaliblər 15 oktyabr tarixində elan olunacaq.
Üçüncü tiraj – alış-veriş müddəti 11–30 oktyabr; qaliblər 10 noyabr tarixində elan olunacaq.
OBA Marketlər şəbəkəsi qonşularını sevindirməyə, onları dəyərli hədiyyələrlə mükafatlandırmağa davam edir.

Другие проекты

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Дата начала:

13 Февраля 2026

Дата окончания:

13 Февраля 2026

Подробнее

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Дата начала:

05 Февраля 2026

Дата окончания:

05 Февраля 2026

Подробнее

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Дата начала:

16 Января 2026

Дата окончания:

16 Января 2026

Подробнее